xezerpress.az
xezerpress.az

Gəncəyə yeni baş memar təyin edildi

100 dəfə baxılıb 8-11-2018, 14:44

Gəncəyə yeni baş memar təyin edildi














Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinə müdir (şəhərin baş memarı) təyinatı olub. Report xəbər verir ki, şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun imzaladığı əmrə əsasən, bu vəzifəyə Elxan Məmmədov təyin edilib.

Şəhərin əvvəlki baş memarı Əli Rüstəmli olub.
N.Bayramovun digər əmri ilə icra hakimiyyətinin Vətəndaşların qəbulu və müraciətləri ilə iş sektorunun müdiri vəzifəsinə Səbinə Axundova, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanlarıi lə iş şöbəsinin müdiri vəzifəsinə isə Ramil Orucov təyin edilib.

Xatırladaq ki, avqustun 28-də Prezident İlham Əliyevin sərəncamı ilə Elmar Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Digər sərəncamla Niyazi Bayramov şəhər icra hakimiyyətinin başçısı təyin olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi