xezerpress.az
xezerpress.az

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Yenilik kəndində vətəndaşları qəbul edib

73 dəfə baxılıb 15-05-2019, 10:59

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Yenilik kəndində vətəndaşları qəbul edib













Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev əlaqədar müəssisə, idarə, təşkilat və hüquq mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə Yenilik kəndində vətəndaşları qəbul edib.

Səyyar qəbulda sakinlər tərəfindən torpaq sahələrinin yerinin müəyyənləşdirilməsi və sənədləşdirilməsinə kömək göstərilməsi, məktəblilərin təhlükəsizliyi məqsədilə Bakı-Şamaxı-Yevlax magistral yolu üzərində piyada keçidinin salınması, içməli və suvarma suyu ilə təchizatın yaxşılaşdırılması, kənd yolunun təmiri, torpaq mülkiyyətçilərinin mineral gübrələr və taxılbiçən kombaynlarla vaxtında təmin olunması ilə bağlı lazımi tədbirlərin görülməsi, dağlıq ərazidəki əkin sahələrinə gedən torpaq yolun hamarlanması, kəndin örüş sahəsinə aid olan ərazidə zəbt olunmuş torpaq sahələrinin geri qaytarılması, elektrik və içməli su ilə təchizatın yaxşılaşdırılması ilə əlaqədar təkliflər irəli sürülüb.

Qeyd olunan təkliflər nəzarətə götürülüb və onların həlli ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul işçisi Qalib Əsgərov səyyar qəbulda iştirak edib.


Ağsu rayon İcra Hakimiyyətinin başçısı Yenilik kəndində vətəndaşları qəbul edibAğsu rayon İcra Hakimiyyətinin başçısı Yenilik kəndində vətəndaşları qəbul edib


OXŞAR XƏBƏRLƏR
FOTO+VİDEO
[/aviable]
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi