xezerpress.az
xezerpress.az

Qarabağ əlilərinə və şəhid ailələrinə ev verildi — VİDEO

12 dəfə baxılıb 13-11-2019, 08:54

Qarabağ əlilərinə və şəhid ailələrinə ev verildi — VİDEO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Gəncədə 12, Şirvan şəhərində isə 20 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.
Xezerxeber.az" xəbər verir ki, Gəncə şəhərində şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə mənzillər təqdim edilib.

12 ailəyə yeni mənzillərin açarı verilib. Mərasimdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının və Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmiləri iştirak ediblər. Bildirilib ki, şəhid ailələri və müharibə əlillərinin sosial vəziyyətinin yaxşılaşdırılması dövlətin sosial siyasətlərinin əsasını təşkil edir.

Şirvan şəhərində də evlər verilib. Burada isə yeni yaşayış binasından alınmış 20 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.
Qeyd edək ki, bu il 934 mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi planlaşdırılıb. Onlardan 246 mənzil artıq verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi