xezerpress.az
xezerpress.az

Ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü Ağsu rayonunda ehtiramla yad edilib

55 383 dəfə baxılıb 13-12-2019, 10:14

Ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü Ağsu rayonunda ehtiramla yad edilib


Müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü Ağsuda rayon ictimaiyyətinin çoxsaylı nümayəndələrinin iştirakı ilə ehtiramla yad edilib.
Dekabrın 12-də səhər saatlarında rayon rəhbərləri, ziyalılar, ağsaqqallar və gənclər, ictimaiyyət nümayəndələri şəhərin mərkəzindəki Heydər Parkına gələrək böyük ödərin abidəsini ziyarət edib, önünə qərənfillər düzüb, bu dahi şəxsiyyətə öz ehtiramlarını bildiriblər.
Heydər Əliyev Mərkəzində keçirilən toplantıda böyük ödərin həyat və fəaliyyətindən bəhs edən “Dahi şəxsiyyət” sənədli filmi nümayiş etdirilib. Toplantını giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Vahid Tağıyev açıb, Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İcra başçısı ulu öndər Heydər Əliyevin öz Vətəni və xalqı qarşısındakı xidmətlərindən danışaraq vurğulayıb ki, Azərbaycanın milli inkişaf modelinin banisi olan dahi şəxsiyyət dövlətçiliyimizin iqtisadi, siyasi, hüquqi və ideoloji əsaslarını elmi prinsiplər əsasında müəyyənləşdirib. Bugünkü müasir, müstəqil, çiçəklənən qüdrətli Azərbaycan Ulu Öndərin şah əsəridir.
Toplantıda rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Mirzəliyevanın məruzəsi dinlənilib, Müharibə, əmək və silahlı qüvvələr veteranları ictimai birliyi Ağsu rayon təşkilatının sədri Cəmaləddin Zeynalov, Muradlı bələdiyyəsinin sədri Sehrayyə Hümbətova və başqaları çıxış ediblər.
Məruzə və çıxışlarda ümummilli lider Heydər Əliyevin öz xalqı qarşısındakı misilsiz xidmətlərindən danışılıb. İftixarla söylənilib ki, bu gün Azərbaycan böyük öndər Heydər Əliyev siyasi kursunun davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə işıqlı gələcəyə doğru inamla irəliləyir.
Sonra Ulu Öndərin xatirəsinə ehsan verilib. Ehsan süfrəsində Ümummilli Liderin ruhuna dualar oxunub.

Ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü Ağsu rayonunda ehtiramla yad edilibÜmummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü Ağsu rayonunda ehtiramla yad edilibÜmummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü Ağsu rayonunda ehtiramla yad edilibÜmummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü Ağsu rayonunda ehtiramla yad edilib


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi