xezerpress.az
xezerpress.az

Putinlə bağlı çoxsaylı şayiələrin pərdəarxası

12 dəfə baxılıb 14-05-2019, 15:05

Putinlə bağlı çoxsaylı şayiələrin pərdəarxası













Politoloq: “Bu, sadəcə olaraq, bəzi dövlətlərin reaksiyasını yoxlamaq üçün atılan addımdır”

Putinin xokkey oynayan zaman yıxılması Rusiya mətbuatında müxtəlif məlumatların yayılmasına səbəb olub. Moderator.az saytı Rusiya mətbuatına istinadən xəbər yayıb ki, Putinin buz meydançasında yıxılması təsadüf deyilmiş. Sayt yazır ki, Kremlə yaxın mənbələrdən birinin dediyinə görə, Putin yavaş-yavaş ölür. Qeyd olunur ki, Putin getdikcə daha tez-tez möhkəmləndirici terapiyadan istifadə edir, lakin bu, bir o qədər də kömək etmir: “Putinin ehtimal ki, qocalıq problemləri var və 2024-cü ilə qədər onun yaşaması çətin görünür. Yıxılan zaman Putin zədə alıb. Bundan əlavə, bu yıxılma onun nüfuzuna da bir zərbə oldu”.

Mənbələr iddia edirlər ki, hətta Putinin Peterburqdakı şəxsi həkiminin təcili olaraq çağırılması zəruri hesab olunub.

“Hadisə ilə əlaqədar bəzi nəticələr olacaq, çox güman ki, işdən qovulmalar da olsun” – Telegram kanalı belə deyib.

“May ayının əvvəlində, Qələbə paradından və dövlət katibi Mayk Pompeo ilə görüşdən əvvəl, bədənini möhkəmlədən terapiyadan istifadə olunub. Bu terapiya ay yarımdan bir Putinə tətbiq olunur. Amma bu müalicənin də artıq səmərəsi tükənir. Putin paradda çox yorğun və əzgin görünürdü” – mənbə qeyd edib.

Bu xəbərin ardınca isə məlumat yayıldı ki, Putinin əkiz övladı dünyaya gəlib. Bu məlumatı “Dom2life” portalı yayıb. Məlumatda qeyd edilir ki, keçmiş idmançı Alina Kabayeva övladlarını mayın 7-də Moskvanın Kulakova adına Ginekologiya və Mamaçalıq Mərkəzində dünyaya gətirib.

Sayt dünyaya gələn uşaqların oğlan olduğunu bildirib. Keçmiş idmançının xəstəxanada xüsusi palatada qaldığı və hətta onunla eyni mərtəbədə olan şəxslərin xəstəxananın başqa yerlərinə köçürüldüyü vurğulanıb. Üstəlik, Kabayeva xəstəxanada qaldığı müddət ərzində tibb müəssisəsinin ətrafında çoxsaylı mühafizəçilərin keşik çəkdiyi və yad şəxslərin xəstəxanaya buraxılmadığı qeyd edilib. Həmçinin 36 yaşlı anaya qida Moskvanın elit restoranlarından birindən gətirilib.

Qeyd edək ki, 2008-ci ildən etibarən Alina Kabayeva ilə Rusiya prezidenti Vladimir Putin arasında xüsusi münasibətlərin olması haqqında məlumat yayılır. Putin dəfələrlə bu məlumatı təkzib etsə də, Kabayeva bu barədə suallardan daim qaçır. Bu dövr ərzində Putin öz həyat yoldaşından ayrılıb, Kabayeva isə gözlənilmədən böyük sərvət əldə edib və mühüm vəzifələrə yüksəlib.

“Yeni Müsavat”a danışan politoloq Qabil Hüseynli bildirib ki, Putinin ölümünün yaxınlaşması ilə bağlı xəbəri Rusiyanın xüsusi xidmət orqanları yayıb. Politoloqun sözlərinə görə, bu informasiyalar Putinin göstərişi əsasında tirajlanır və xüsusi məqsəd daşıyır: “Onun ölümü məsələsi hesab edirəm ki, ilk olaraq Putinin özü tərəfindən ortaya atılan şayiədir. O, sadəcə olaraq, xokkey oynadığı zaman xalçanın üzərinə yıxıldı. Putin hesab edirəm ki, xalçanın üzərində ciddi zədə ala bilməz. Videodan da görünür ki, o, yıxıldıqdan sonra dərhal ayağa qalxdı. O yaşda adam xəstə ola, müəyyən qədər ağrıya bilər. Ancaq konkret olaraq bu hadisədə ciddi bir tərəf yoxdur. Belə bir xəbəri yaymaqla onu əhatə edən ölkələrin, Amerikanın reaksiyasını öyrənmək istəyirlər. Putinin ağır xəstə olduğu və ölümünün yaxınlaşdığına inanmıram. Bu, Rusiyanın xüsusi xidmət orqanları tərəfindən ortaya atılmış bir ideyadır. Sanki bir nəbz yoxlamasıdır. Yoxlayırlar ki, Putin ölüm ayağındadırsa, hansı təxribat hərəkətləri başlayacaq. Bəllidir ki, belə bir təxribatlar ola bilər. İlk növbədə Rusiyanın nüvə silahları üzərində nəzarətin ələ keçirilməsi, ölkədə bölücülük hərəkətlərinin başlanması mümkündür. Dünya bu qənaətdədir ki, Rusiya bu ərazilər çərçivəsində qaldıqca nə islahatlar baş verə bilər, nə də dünya üçün təhdid olan nüvə silahını ram etmək olar. Bu baxımdan da ölkənin parçalanması istəyi daha böyükdür. Müxtəlif məsul şəxslərin ələ alınması prosesi başlaya bilər. Yəni xaotik xarakterli, dağıdıcı proseslərin olması mümkündür. Bunu da yoxlamaq istəyirlər. İnanmıram ki, hazırda qeyd edilənlərdən hansısa biri başlasın. Çünki Putinin səhhəti üçün qorxulu bir hal görmürəm”.

Politoloq bildirib ki, Putinin reytinqi hazırda çox aşağıdır: “Hazırda Putinin reytinqi çox pis vəziyyətdədir. Hazırkı reytinq onun indiyə qədər olan ən aşağı reytinqidir. Ölkə əhalisinin cəmi 20-25 faizi Putinə inanır, onun siyasətinin Rusiyaya uğur gətirəcəyinə bel bağlayır. Elə belə şayiənin yayılma səbəblərindən biri də Putinin reytinqinin aşağı düşməsidir. Putin ayağa qalxıb, zühur edəndə hesab edirəm ki, dünya üçün xoşagəlməz hadisə baş verəcək. Məsələn, Ukrayna üçün bu cür hal yaşana bilər. Eləcə də qonşu dövlətlər üçün xoşagəlməz hadisə baş verə bilər. Rusiya avantürist bir dövlətdir və avantürist xarici siyasət xəttini həyata keçirir. Bu siyasi xətt hesabına da uğur qazanır. Ona görə də çox da böyük şeylər gözləmək lazım deyil”.


OXŞAR XƏBƏRLƏR
FOTO+VİDEO
[/aviable]
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi