xezerpress.az
xezerpress.az

Şimali Koreya Prezidentinin öldürülən qardaşı ABŞ-a işləyib?

6 dəfə baxılıb 11-06-2019, 11:28

Şimali Koreya Prezidentinin öldürülən qardaşı ABŞ-a işləyib?


Şimali Koreya Prezidenti Kim Çen Inın 2017-ci ildə Kuala-Lumpurun hava limanında qətlə yetirilən qardaşı Kim Çen Nam ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) məlumat verəni olub. “Qafqazinfo” xəbər verir ki, bu barədə “The Wall Street Journal” öz şəxsi mənbəsinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, o, ölümündən öncə və qətlə yetirildiyi gün Malayziyada MKİ-nın əlaqələndiricisi ilə görüşüb. Adı açıqlanmayan, Koreya-Amerika əsilli şəxslə görüş Lanqkavi adasında baş tutub.

Nəşr yazır ki, vəfatından bir neçə il əvvəl Şimali Koreyanı tərk etmiş Kim Çen Namın Çin də daxil olmaqla digər ölkələrin xüsusi xidmət orqanları ilə də əməkdaşlıq etdiyi ehtimal olunur.


OXŞAR XƏBƏRLƏR
FOTO+VİDEO
[/aviable]
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi