xezerpress.az
xezerpress.az

Tramp bilmədən məxfi sənədi mətbuata sızdırdı – FOTO

5 dəfə baxılıb 12-06-2019, 10:54

Tramp bilmədən məxfi sənədi mətbuata sızdırdı – FOTO



ABŞ Prezidenti Donald Tramp ehtiyatsızlıqdan Meksika ilə bağlanacaq miqrasiya sazişi layihəsinin bəzi təfsilatlarını üzə çıxarıb.

BBC-nin məlumatına görə, Ağ Ev rəhbəri əllində tutduğu sənədin “məxfi” olduğunu bildirib və jurnalistlərə saziş layihəsinin detallarını açıqlamaqdan imtina edib.

Ancaq fotoqraflar Trampın əlində yellədiyi vərəqin yüksək dəqiqlikli şəklini çıxararaq, bəzi detalları aşkarlaya bilib.

Sənəddə “təhlükəsiz üçüncü ölkə” yazısı diqqət çəkib. Şərhçilər Meksikanın təhlükəsiz üçüncü ölkə kimi qəbul olunacağı təqdirdə, miqrantların ABŞ-da sığınacaq almaqla bağlı ərizələrinə artıq Birləşmiş Ştatlar ərazisində deyil, birbaşa Meksikada baxılacağını bildirir.

Məqsəd ABŞ-a qanunsuz miqrant axınının qarşısını almaqdır.oxu.az

Tramp bilmədən məxfi sənədi mətbuata sızdırdı – FOTO


OXŞAR XƏBƏRLƏR
FOTO+VİDEO
[/aviable]
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi