xezerpress.az
xezerpress.az

Gülnarə Kərimovanı həbsxanadan “təcili yardım”la çıxarıb apardılar

13 dəfə baxılıb 19-07-2019, 10:06

Gülnarə Kərimovanı həbsxanadan “təcili yardım”la çıxarıb apardılar

Özbəkistanın ilk prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova həbsdə saxlanıldığı ümumi rejimli koloniyadan təcili yardım maşını ilə çıxarılıb.

Virtualaz.org xəbər verir ki, bunu özünün “Twitter” mikrobloqunda vəkil Qrequar Manja yazıb.

Onun sözlərinə görə, vəkil Daşkənd vilayətinin Zangiat rayonundakı 21 saylı ümumi rejimli qadın koloniyasının dəhlizində altı saat ərzində müştərisi ilə görüşü gözləməli olub. Nəticədə, görüşə icazə verilməyib, bununla bərabər, vəkilin gözlədiyi vaxt ərzində koloniyanın ərazisini bir neçə təcili yardım maşını tərk edib.

Etibarlı mənbəyə istinadla Manja iddia edir ki, avtomobillərdən birində Kərimova olub. Onun səhhəti ilə bağlı hər hansı məlumat vəkildə yoxdur. Onda olan məlumata görə, Kərimovanın olduğu koloniyada son bir neçə həftə ərzində “ən azı iki qadın” dünyasını dəyişib.


OXŞAR XƏBƏRLƏR
FOTO+VİDEO
[/aviable]
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi