xezerpress.az
xezerpress.az

İntihar edən amerikalı milyarder ölümündən 2 gün əvvəl vəsiyyətnamə yazıbmış

23 dəfə baxılıb 20-08-2019, 10:55

İntihar edən amerikalı milyarder ölümündən 2 gün əvvəl vəsiyyətnamə yazıbmış

Amerikalı biznesmen Ceffri Epşteyn intihar etməmişdən iki gün əvvəl vəsiyyətnamə yazıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “New York Post” məhkəmə sənədlərinə istinadən xəbər verib.

Nəşr bildirir ki, Epşteynin ölümündən sonra 600 milyon dollara yaxın sərvəti qalıb. Bu vəsait trast fondunda saxlanılacaq. Sənədin imzalanmasında milyarderin yanında onun vəkillərindən biri – “Korotışka” ləqəbli Hoakin Qusman Loeru olub.

Xatırladaq ki, bir müddət əvvəl C. Epşteyn həbsxanada yatdığı kamerada intihar etmişdi. Belə ki, cinayətləri subut olunacağı təqdirdə onu 40 ildən çox həbs müddəti gözləyirdi. Milyarder onlarla qızı fahişəliyə cəlb etməkdə ittiham olunurdu. O, 2002-2005-ci illərdə Nyu-York və Floridada yerləşən iqamətgahlarında qəbul etdiyi azyaşlı qızlarla cinsi münasibətdə olub.


OXŞAR XƏBƏRLƏR
FOTO+VİDEO
[/aviable]
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi