xezerpress.az
xezerpress.az

Məhkəmə Kılıçdaroğlu haqqında qərar çıxartdı — Ərdoğana təzminat ödəyəcək

9 dəfə baxılıb 13-11-2019, 09:02

Məhkəmə Kılıçdaroğlu haqqında qərar çıxartdı — Ərdoğana təzminat ödəyəcək

Türkiyədə Cümhuriyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında işlətdiyi təhqiramiz ifadələrə görə məhkəmə yekun qərar çıxarıb.
İHA xəbər verir ki, məhkəmə prosesinə Ərdoğanın vəkili Tuba Sağlam Eker və Kılıçdaroğlunun vəkili Nihal Cengiz qatılıb.

Nihal Cengiz məhkəmənin ədalətinə şübhə etdiyi üçün hakimin dəyişdirilməsini tələb edib.
Lakin, onun tələbi rədd edilib və Kılıçdaroğlunun Ərdoğana 50 min lirə (təxminən 14 min 700 manat) mənəvi təzminat ödəməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, Kılıçdaroğluy 17 iyul 2018-ci ildə CHP-nin iclasında Ərdoğan haqqında təhqiramiz ifadələr işlətmiş, həmçinin onun karikaturasının sosial şəbəkədə paylaşmışdı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi