xezerpress.az
xezerpress.az

Çinin daha bir əyalətində karantin ləğv edildi

8 dəfə baxılıb 25-03-2020, 12:41

Çinin daha bir əyalətində karantin ləğv edildi


Çində daha bir əyalətdə karantin ləğv edilib. 

Hökumət koronavirus pandemiyası ilə əlaqədar Hubey əyalətində son iki ay ərzində qüvvədə olan karantin rejimini ləğv edib.

Bu barədə əyalətin Gigiyena və Səhiyyə Komitəsindən bildirilib.

Sətəlcəm xəstəliyinin yayılması riskinin azalması ilə əlaqədar səlahiyyətli orqanlar nəqliyyat əlaqələrini tam şəkildə bərpa etmək niyyətindədir.

Yerli mütəxəssislərin fikrincə, Çin hökuməti yanvar ayının sonlarında Hubeyi karantinə almaqda beş gün geciksə idi, virusun intensiv təsirinə məruz qalan ərazi üç qat artıq olardı. Uyğun olaraq, Çində virusa yoluxan və ölənlərin sayı yüz dəfələrlə artıq ola bilərdi. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi