xezerpress.az
xezerpress.az

Vladimir Kreydenko: “Ukrayna hər zaman Azərbaycanın yanında olub və bundan sonra da olacaq”

4 180 dəfə baxılıb 4-12-2020, 11:08

Vladimir Kreydenko: “Ukrayna hər zaman Azərbaycanın yanında olub və bundan sonra da olacaq”


Dekabrın 3-də Azərbaycan-Ukrayna və Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupları arasında videokonfrans formatında görüş olub.
Bu barədə “Ölkə.Az”a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Onlayn görüş iştirakçılarını salamlayan Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Valeriy Kolyux bildirib ki, Ukrayna parlamentində Azərbaycanla işçi qrupu ən böyük qruplardan biridir, 50-dən çox üzvü var. Qrup böyük olduğuna görə onun iki həmsədri var.

Qrupun digər həmsədri Vladimir Kreydenko diqqətə çatdırıb ki, Ukrayna həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. Hər iki həmsədr Azərbaycanı öz ərazi bütövlüyünü bərpa etməsi münasibətilə təbrik ediblər. Həmsədrlər işğaldan azad edilmiş Azərbaycan ərazilərində tezliklə iqtisadi inkişafın və infrastrukturun qurulmasının təmin ediləcəyinə əminliklərini ifadə ediblər. Qeyd olunub ki, ölkələrimiz arasında münasibətlər qarşılıqlı hörmətə və etimada əsaslanır.

Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev isə öz növbəsində Milli Məclisin rəhbərliyi adından ölkəmizin ərazi bütövlüyünün bərpasında birmənalı olaraq bizi yüksək səviyyədə dəstəklədiyinə görə Ukrayna dövlətinə və xalqına təşəkkürünü bildirib.

Diqqətə çatdırıb ki, bu müharibədə beynəlxalq hüquq və ədalət bizim tərəfimizdə idi və biz qalib gəldik. Azərbaycan və Ukrayna strateji tərəfdaş ölkələrdir və Prezidentlərimizin sayəsində bu münasibətlər yeni səviyyəyə yüksəlib. Hazırda Ukraynada 500 mindən artıq azərbaycanlı yaşayır. Çoxlu sayda azərbaycanlı gənc Ukraynanın müxtəlif ali məktəblərində təhsil alır.

Sonra onlayn görüşdə parlamentlərarası əlaqələrin inkişafı, qarşılıqlı ticarət dövriyyəsinin artırılması, birbaşa aviareyslərin bərpası, investisiyaların təşviqi, kənd təsərrüfatı sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi