xezerpress.az
xezerpress.az

GƏDƏBƏYDƏ ŞƏHID AILƏSI NECƏ ƏLƏ SALINIB?-ŞOK OLAY

134 dəfə baxılıb 25-04-2019, 14:05

GƏDƏBƏYDƏ ŞƏHID AILƏSI NECƏ ƏLƏ SALINIB?-ŞOK OLAY







Bir müddətdir ki, Gədəbəy rayonunda icra nümayəndəsinin dünyasını dəyişməsi səbəbindən baş verən ölüm faktı həm medianın gündəmini zəbt edib, həm də əksəriyyətin müzakirə etdiyi mövzulardan birinə çevrilib. Məsələnin düşündürücü tərəfi odur ki, baş verən olayı, məhz ilk dəfə icra başçısı vəzifəsini daşımağa başlayan İbrahim Mustafayevin adı ilə bağlayanlar da oldu. Baş vermiş ölüm hadisəsi ilə bağlı konkret nəsə deyə bilməsək də, deyəcəyimiz o olacaq ki, bu gün adı çəkilən vəzifə sahibinə qarşı başqa bir rayon sakini də ittiham irəli sürür. Belə ki, üç-dörd gün bundan öncə redaksiyamıza Gədəbəy rayonunun Arıqıran kənd sakini Yunisova Qənirə Həsrət qızı, ürəkyanğısı ilə yazmış olduğu müraciətini çatdırıb. O, müraciətində vurğulayır ki, “Hal-hazırda 69 yaşım var və indiyə kimi heç bir idarənin qapısını hansısa məqsəd üçün döyməmişəm. Bu gün ciddi problemlərlə üz-üzə qaldığımızdan, bəzi addımlarımı atmağa qərar verdim.

Əvvəla onu qeyd edim ki, mən şəhid anasıyam. Övladım Yunisov Sehfəddin Ağasəf oğlu 1994-cü ilin 20 aprelində Ağdərə rayonundakı “Sərsəng” su anbarı uğrunda gedən qanlı döyüşlər zamanı şəhid olub. Oğlum həmin gün 9 nəfər hərbçi yoldaşı ilə birlikdə kəşfiyyata göndərilir və az sonra erməni quldurları ilə ölüm-dirim savaşı başlayır. Döyüşlərlərin şiddətli vaxtında Sehfəddin ağır yaralanır və çox keçmir ki, o, aldığı güllə yaralarından dünyasını dəyişir. Oğlum subay idi. Elə ki, atası onun ölüm xəbərini eşitdi, o halda o, həmin gündən ağır xəstəliyə düçar oldu. Belə bir səbəb üzündən də, həyat yoldaşım altı övladımızdan heç birinə köməklik edə bilmədi. Bu gün övladlarımdan heç birinin nə evi, nə də ki, iş yeri var. Düzdür, bu gün dövlətimiz tərəfindən şəhid ailə üzvlərinə lazımi köməkliklər göstərilir, onlara məxsus bir çox problemlər aradan qaldırılır. Bizə isə, ötən 26 il ərzində bir kimsə kömək əlini uzatmayıb, bir kimsə bizimlə maraqlanmayıb. Hətta, lazım olan sənədlərimizi təqdim etsək də, bizə ünvanlı sosial yardım verməkdən də imtina etdilər. Hal-hazırda özüm xəstəyəm və səhhətimdə ciddi problemlər var. Yeddi nəfərdən ibarət ailə üzvümüzün dolanışığı, sanki o böyük Allah-Təalanın ümidinə qalıb. Bir halın varlığına diqqət yetirin ki, ailə üzvlərimizin dolanışığı çətin duruma düşdüyündən, mən 05 aprel 2019-cu il tarixdə Gədəbəy RİH-nin başçısı İbrahim Mustafayevin qəbulunda oldum və ondan oğlumun işə düzəldilməsi məqsədilə xahiş etdim. İcra başçısının qəbulunda olarkən o, mənə “Kəndinizdəki iş yerləri başqa şəxslərə verildiyindən yeni bir iş yeri yoxdur. Məsləhətdir ki, gedin məşğulluq idarəsinə müraciət edin, bəlkə hansısa köməkliyi etdilər” dedi. Oğlum məşğulluq mərkəzinə müraciət etdikdə, ona “Şəmkirin meşə idarəsində aylıq əmək haqqı 180 manat olan iş yeri var” deyib, onu Şəmkirə göndərirlər. Elə ki, oğlum Şəmkirin meşə idarəsinə müraciət edir, o halda ona “Sizi bura kim göndərib, axı bizdə iş yeri yoxdur. Tək siz deyilsiniz, bu günə kimi neçə-neçə nəfəri aldadaraq bura göndəriblər” deyə cavab verirlər. Bizim rayonumuza rəhbərlik edən İbrahim Mustafayevin, bir şəhid anası olaraq mənə qoyduğu “hörmət-izzət” belə oldu!” Ona görə də, ölkə rəhbəri cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya onu bildirmək istəyirəm ki, bizi Gədəbəyin icra başçısı açıq-aşkar şəkildə ələ salır. Axı, ona belə bir ixtiyarı kim verib? Oğlum Sehfəddin Yunisov qanını bu torpaq uğurunda töküb, Vətənimizin bütövlüyü uğurunda şəhid olub. Budurmu bizə qoyulan hörmət-izzət! Axı, bizə qarşı bu cür sayğısızlıq, bu cür biganəlik olmaz! Mən bir şəhid anası, ağbirçək bir azərbaycanlı qadın olaraq belə bir halları gördükcə, sanki oğluma acıyıram. Çünki, o, İbrahim Mustafayev və onun kimi vəzifə sahibi olan şəxslərin yolunda canından keçərək şəhid olub”.

Bəli, biz baş verənlərə diqqət yetirdikcə sanki dəhşətə gəldik. Çünki, bu gün şəhid ailə üzvlərinə qarşı belə bir sayğısızlığı göstərmək, əslində xalqımza, dövlətimizə xəyanət etmək deməkdir. Odur ki, Gədəbəy RİH-nin başçısı İbrahim Mustafayevdən fərqli olaraq həm diqqətli, həm də ayıq olmalıyıq. Odur ki, … Qarşı tərəfi də dinləyə bilərik.

Araşdırmamız davam edəcək.


GƏDƏBƏYDƏ ŞƏHID AILƏSI NECƏ ƏLƏ SALINIB?-ŞOK OLAY


OXŞAR XƏBƏRLƏR
FOTO+VİDEO
[/aviable]
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi