xezerpress.az
xezerpress.az

Sahib Məmmədovun özbaşınalıqlarına son qoyulmur - Mingəçevir təhsilində ciddi problem

142 dəfə baxılıb 27-04-2019, 15:17

Sahib Məmmədovun özbaşınalıqlarına son qoyulmur -  Mingəçevir təhsilində ciddi problem








Təəssüflər olsun ki, bu gün Azərbaycan dövləti və ölkə rəhbərliyi tərəfindən respublikanın təhsil sahəsinə göstərilən diqqət və qayğıdan hələ də bəzi məmurlar təhkim olunduqları sahənin inkişafı üçün deyil, daha çox öz şəxsi mənafeylərinin təminatı baxımından yararlanmağa çalışırlar. O cümlədən Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədovun özbaşınalıqlarına dair aldığımız şikayət məktublarında da bu təəssüf doğuran həqiqət öz əksini tapır. İlk növbədə təqdim olunan məlumatlarda bildirilir ki, hazırda Mingəçevir ŞTŞ-də rüşvət ayaq açıb yeriyir. Belə ki, bir müddər əvvəl, yeni dərs ili öncəsi aldığımız bir məlumata görə şöbənin müdiri orta məktəblərdə hələ dərs ilinin başlanmasından da bir qədər əvvəl pul yığımına start vermişdi. Redaksiyamıza daxil olan məlumatlara görə, Sahib Məmmədovun yarıtmaz fəaliyyəti ucbatından bir sıra orta məktəbdə direktor çatışmazlığı var. Bir neçə orta məktəb var ki, onlara rəhbərlik müvəqqəti olaraq müəyyən müəllimlərə tapşırılıb. Sahib Məmmədov isə direktor vəzifəsinə təyinata görə ona təklif olunan məbləğləri “götür-qoy” edir. Şöbə müdirinin özü tərəfindən tələb olunan məbləğ yüksək olduğundan, orta məktəblərə direktor getmək istəyənlərin sayı çox azdır. Digər tərəfdən də yeni təyinat alan direktorların əksəriyyəti müəllimlərə artıq gəlir mənbəyi kimi baxırlar. Dərs bölgüsü zamanı isə məktəblərdə şıdırğı alver gedir. Direktoru “görən” müəllimlərin dərs yükü ilə bağlı heç bir problemi olmur.Pul verməyən müəllimlər üçün isə dərs tapılmır və bu zaman Təhsil şöbəsinə müraciət edib, “sinif almaq” lazım gəlir. İmkansız müəllimlər isə bir az danışdıqdan sonra “aza qane olmaq” prinsipini üstün tutmaqdan başqa ayrı çarə tapmırlar.

Həmçinin məlumatlarda bildirilir ki, son bir ildə Migəçevir şəhəri üzrə şagirdlərin dərslərə davamiyyəti xeyli aşağı düşüb. Müəllimlərin bir çoxu repititorluq etdiyi üçün məktəbdə uşaqları öyrətmək istəmirlər, hətta dərslərə belə gəlmirlər. Direktorlar isə həmin müəllimlərdən rüşvət alaraq onların məktəbdən yayınmalarına göz yumurlar. Təbii ki, Sahib Məmmədov bütün bunlardan xəbərdardır. Lakin bu məsələlərdə onun da öz marağı olduğu üçün heç kimi cəzalandırmır. Elə müəllimlər də var ki, il boyu məktəbə ayaq basmırlar. Amma onların dərs saatları yazılır və maaşları direktorlarla təhsil şöbəsinin müdiri tərəfindən götürülür. Sahib Məmmədov demək olar ki, məktəblərdə dərslərin keçirilməməsi üçün birbaşa şərait yaradır. Bəzi müəllimlər isə öz çörək pullarını qazanmaq üçün təhsildən kənar işlərlə məşğul olmaq məcburiyyətindədirlər. Migəçevirdəki mənbələr israrla bildirirlər ki, şöbə müdiri təhsil sahəsinin inkişafı üçün ayrılmış dövlət vəsaitlərinin təyinatı üzrə xərclənməsini təmin etmir. Məsələn, taarifləşmə cədvəllərində böyük maxinasiyalar aparan Sahib Məmmədov bu yolla da büdcədən ayrılan dövlət vəsaitlərini mənimsəyir. İddialara görə təhsil müəssisələrində əslində keçirilməmiş dərs saatlarına görə əmək haqqlarının hesablanması və digər üsulların tətbiqilə dövlət vəsatlərinin mənimsənilməsi Mingəçevir təhsilində artıq çoxdan adi hal alıb… Bizimdovr.az


OXŞAR XƏBƏRLƏR
FOTO+VİDEO
[/aviable]
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi