xezerpress.az
xezerpress.az

Natiq Şükürov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

227 dəfə baxılıb 9-05-2019, 11:47

Natiq Şükürov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!












Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.

Son günlər bir sıra arqument çatışmamazlığından əziyyət çəkən sayt və portallar, yenidən Füzuli rayonu Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov üzərinə hücuma keçmək niyyətlərini açıqca biruzə verməkdədirlər. Guya "Füzuli səhiyyəsində özbaşınalıqdır".

Bütün bu gülünc hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə,onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən Xezerpress.az olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, Füzuli rayonu Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov haqqında iftira və böhtanlarla bağlı məsələ məhkəmə predmeti də olmuş və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.


İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Natiq Şükürovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Füzuli rayonu Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürovdur.

Füzuli rayonu Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Natiq Şükürov bu işin müqəddəsliyini qoruyub saxlayır. Natiq Şükürov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Xezerpress.az olaraq sorğu apardıq ağız dolusu Natiq Şükürovdan danışdılar yaxşı ki, Natiq Şükürov Füzuli rayonu Mərkəzi Xəstəxanasının baş həkimi təyin olunub… Natiq Şükürov öz isguzarlığı ilə tanınır və seçilir….

Natiq Şükürov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Natiq Şükürov heç vaxt əqidəsindən döndərə bilməz.

Natiq Şükürov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Natiq Şükürov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Natiq Şükürov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Natiq Şükürovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Natiq Şükürov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Natiq Şükürov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Füzuli rayonu Mərkəzi Xəstəxanasının baş həkimi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Natiq Şükürov özünü doğruldub. Bizdə hörmətli Natiq Şükürovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.


Natiq Şükürov: TARİX YARADAN İNSAN



Füzuli rayonu Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov - Azərbaycan xalqının təqvimində bayramlar az deyil. Amma onların arasında mayın 10-u xüsusi anlam daşıyır. Niyə? Gəlin, bayramın böyüklüyünün nə ilə müəyyənləşməsinin üzərində azacıq fikirləşək.

Əlbəttə ki, hər bir bayramın böyüklüyü ilk növbədə həmin bayramla bağlı olan hadisənin xalqın tarixində tutduğu yer və dövlətin taleyində oynadığı rol ilə ölçülməlidir. Bu baxımdan yanaşsaq, milli lider Heydər Əliyevin Azərbaycan tarixindəki yeri nə qədər önəmlidirsə, onun doğum günü də Azərbaycan xalqı üçün bir o qədər böyük bayram sayılmalıdır. Ulu Öndərin Azərbaycan tarixindəki yeri isə misilsizdir. Çünki o, Azərbaycanın tarixində dönüş yaradaraq, ölkənin istiqamətini tənəzzüldən tərəqqiyə doğru çevirən şəxsiyyətdir. Hər bir xalqın taleyində bunu etməyi bacaran bir, ya iki insan olur, ya olmur. Ona görə də, Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində yeganə şəxsiyyətdir ki, doğum günü öz tarixi önəminə görə tamamilə haqlı olaraq milli bayram statusu daşıyır.

Məhz milli bayram olduğuna görədir ki, Ulu Öndərin doğum günü hər il həm Azərbaycanda, həm də dünyada azərbaycanlılar yaşayan ölkələrin demək olar ki, hamısında qeyd edilir. Cəmiyyətin bütün təbəqələri bu bayramı hiss edirlər. Bu da təbiidir: dövlətçiliyin əsasını qoyan şəxsin doğum günü elə həm də dövlətçiliyin ən vacib tarixlərindən biridir.

ABŞ-ın "Ceymstaun" Fondunun prezidenti Qlenn Hovard çıxışlarının birində Heydər Əliyevi "Azərbaycanın Corc Vaşinqtonu" adlandırmışdı. Bəllidir ki, Corc Vaşinqton - Amerika dövlətçiliyinin banisi və "Amerika xalqının atası" hesab edilir. Heydər Əliyev də Azərbaycan tarixində eyni rolu oynayıb.

Ulu Öndərlə bağlı tarixi günlərin adətən dünyanın hər yerində qeyd olunması, müxtəlif xalqların təmsilçilərinin onun haqqında böyük fikirlər söyləməsi çox maraqlı məqamdır. Çünki adətən bir xalq digərinin siyasi liderinə ya biganə, ya da qısqanc yanaşır. Yalnız böyük tarixi şəxsiyyətlər hər yerdə maraq və ehtiram doğururlar. Ulu öndərin anılma coğrafiyası onun da məhz bu kateqoriyaya aid olduğunu təsdiqləyir. Belə ki, Amerika konqresmenlərindən tutmuş, Rusiya prezidentinə qədər dünyanın hər yerində Heydər Əliyevin barəsində xoş sözlər deyilirsə, bu, bir şeyi təsdiqləyir: Onun məhz dünya miqyaslı tarixi şəxsiyyət olmasını. Heydər Əliyevin tarixi rolu dünyada getdikcə daha böyük qiymət alır. Məhz buna görə müxtəlif ölkələrdə Ulu Öndərə abidələr qoyulur, muzeylər açılır... Axı böyük şəxsiyyətlər bir xalqa aid olmurlar! Böyük şəxsiyyələr bütün dünyaya məxsusdurlar. Məhz bu səbəbdən biz digər xalqların yetirdiyi dahi insanları öyrənir, tanıyr və sevirik. Və məhz bu səbəbdən başqa xalqlar da bu dahi insana belə maraq göstərirlər.

Tarixə öyrəniləsi şəxsiyyətlər bəxş etməyi bacarmayan xalq dünyanın gözünə bir qədər miskin görünür. Ona görə, Ulu Öndərin doğum tarixi bizim üçün ikiqat bayramdır. Onun sayəsində özümüzü dünyanın gözündə təsdiqlədiyimizə görə.

Adı tarixdə sadəcə qalan insanları "tarixi şəxsiyyət" adlandırırıq; amma elə insanlar da var ki, onlar tarixdə sadəcə qalmırlar, onlar tarixin axarını dəyişirlər. Bu insanlar əslində tarixi şəxsiyyətdən daha artıqdırlar. Zamanı durmadan axan çaya bənzətsək, belə insanlar həmin çayın üstündə qurulan işıq bəndləridirlər; tarix onlardan keçdikcə xalqlarının gələcəyini işıqlandırır. Onlar hər mənada zamanın enerjisini alıb, xalqlarına ötürürlər.

Belə insanlar tarixin dönüş nöqtələridirlər; xalqlarının tarixi bu şəxsiyyətlərə çatanda yönünü dəyişir və qaranlıqdan aydınlığa, tənəzzüldən inkişafa doğru dönür. Buna görə də onları tarixi şəxsiyyət yox, tarixi fenomen kimi qəbul etmək, öyrənib dərk etməyə çalışmaq gərəkdir.

Dünyada çoxdan belədir; məsələn, Birləşmiş Ştatlarda tarix və siyasət elminin xüsusi bir bölməsi var: Vilsonşünaslıq. Bu elm budağı Amerikanın 28-ci prezidenti Vudro Vilson fenomenini öyrənir. Onun araşdırılmasıyla bağlı indiyədək 30 mindən artıq kitab yazılıb. Söhbət bundan gedir ki, tarixin hansısa məqamını araşdırarkən bəzən "axı bu, necə ola bilmişdi" sualına cavab arayanda mütləq şəxsiyyətin tarixi-siyasi fenomen kimi tədqiqinə ehtiyac yaranır. Deyək ki, Vudro Vilson vaxtilə Amerikanın inkişafını bu günkü qlobal dövlət olmaq yoluna çevirmişdi. Azərbaycan tarixində anoloji yeri tutan şəxsiyyət isə heç şübhəsiz, Heydər Əliyevdir.

İllər keçəcək və qüdrətli Azərbaycan dövlətinin inkişaf yollarını araşdıranda hər dəfə daha aşkar görünəcək ki, bu ölkəni həmin istiqamətə Heydər Əliyev döndərib. Azərbaycanın formal müstəqillikdən real müstəqilliyə keçid illəri tarix və siyasət elmləri prizmasından araşdırılanda "nəyin sayəsində belə oldu" sualını cavablandırmaq zərurəti istər-istəməz mütləq Heydər Əliyev fenomeninin araşdırılmasına gətirib çıxaracaq. Və onunla bağlı da yəqin, minlərlə kitablar yazılacaq. Həm də bütün dünyada. Çünki bu fenomenin ciddi elmi tədqiqata ehtiyacı var. Söhbət təkcə ondan getmir ki, Heydər Əliyev Azərbaycanın tarixini yeni səmtə çevirməyi və dövlətçilik sistemini qurmağı bacardı. Onun böyük tarix prizmasında görünən və araşdırılması gərəkən tərəfləri də az deyil. Ulu Öndər siyasət ustası olmaqla yanaşı, dünya siyasətinə tamam fərqli, indiyə qədər bənzəri olmayan bir lider tipi gətirmişdi. Heydər Əliyev fenomeninin araşdırılması siyasət elminə xeyli maraqlı ideyalar gətirə bilər. Yəni tariximizdə Heydər Əliyev kimi şəxsiyyətin olması faktı bu yolla Azərbaycanın həm də intellektual sərvətinə çevrilməlidir. Necə ki, bu ölkənin Varlığı və Müstəqilliyi başda olmaqla, bütün sərvətlərinin qaynağında Milli Lideri dayanır.


OXŞAR XƏBƏRLƏR
FOTO+VİDEO
[/aviable]
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi