xezerpress.az
xezerpress.az

Şəki Regional Mədəniyyət İdarəsi yeni uğurların astanasında

267 dəfə baxılıb 15-05-2019, 13:31

Şəki Regional Mədəniyyət İdarəsi yeni uğurların astanasında










Bu da bir həqiqətdir ki, Azərbaycan xalqı zaman-zaman öz musiqisi, incəsənəti, mədəniyyəti və bir çox maddi-mədəniyyət abidələrinin varlığı ilə, dünya xalqları sırasında sayılıb seçilən xalqlardan biri olub. Bu həm faktdır, həm də isbata ehtiyacı olmayan sübutlardır. Belə bir səbəblər üzündən də, xalqımız əldə etdiyi nailiyyətləri ilə hər zaman öyünüb, yeri gəldikdə iftixar hissi də keçirib. Düzdür, hər bir xalq əsrlər boyu əldə etdikləri nailiyyətləri öz adları ilə bağlamağa çalışmışlar və imkan düşdükcə, bu yöndə müəyyən addımlarını da atıblar. Onu da unutmaq olmaz ki, xalqımız nadir istedad sahibi olan övladlarının sayəsində əsrlər boyu musiqimizi, mədəniyyətimizi, incəsənətimizi, ədəbiyyatımızı və s. kimi sahələri inkişaf etdirmiş və bəşər tarixində layiq olduğu yerinin də tutmuşdur. Sovet dönəmində aparıcı korifey sənətkarlarımızın Azərbaycan mədəniyyətinin hərtərəfli inkişaf etdirilməsi yöndə atdıqları addımlar da, xüsusi əhəmiyyətə malik olmuşdur. Bəli, bu gün onların buraxdıqları iz araşdırılır, hərtərəfli tədqiqat işləri aparılmaqla öyrənilir. 1991-ci ildə respublikamız ikinci dəfə müstəqillik hüququnu əldə etdikdən sonra, xalqımız mədəniyyətini, incəsənətini, musiqisini, bir sözlə ictimai və mədəni həyatımızın bütün sahələrini inkişaf etdirməyə nail oldu. Hətta, unudulmuş bəzi sahələr dövlət qayğısı sayəsində yenidən dirçəldildi. Məsələn, Azərbaycan mədəniyyətinin bir sahəsi olan muğamın inkişafını buna misal deyə bilərik. Çünki, göstərilən dövlət qayğısı sayəsində bu sahə elə bir zirvəyə yüksəldi ki, bu da son anda Azərbaycan adının dünyada daha da məşhurlaşmasına səbəb oldu.

Bəli, bu gün mədəniyyətimizin hərtərəfli inkişaf etdirilməsində respublikamızın şəhər və rayonlarında, kənd və qəsəbələrində fəaliyyət göstərən musiqi məktəblərinin, ayrı-ayrı dərnəklərin, dərsdən kənar fəaliyyət növlərinin və s-lərin xüsusi rolu var. Sözsüz ki, bu gün Azərbaycan mədəniyyətinin inkişaf etdirilməsində əvəzsiz zəhməti olan və bu yöndə dəyərli töhfələrini bəxş edən qurumlardan biri də, Şəki Regional Mədəniyyət idarəsidir. Hal-hazırda adı çəkilən bu idarəyə Zeynalova Mirvari İbrahim qızı rəhbərlik edir. O, Azərbaycan Respublikası Mədəniyyət nazirinin 26 dekabr 2016-cı il tarixli, 619-k nömrəli əmri ilə, 05 yanvar 2017-ci il tarixdən Şəki Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini daşımaqdadır. Adı çəkilən xanımın həyat və fəaliyyəti haqda bir qədər araşdırma apardıqda o da bəlli olur ki, Mirvari xanım 8 dekabr 1966-cı ildə Şəki şəhərində anadan olub. Orta təhsilini başa vurduqdan sonra o, 1981-ci ildə Şəki Musiqi Texnikumuna daxil olur və 1985-ci ildə həmin texnikumda fortepiano ixtisası üzrə təhsil alır. Bundan əlavə, Mirvari Zeynalova 1985-1990-cı illər ərzində Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında fortepiano ixtisası üzrə qiyabi təhsil almağa da müyəssər olur. O, 1985-ci ildən Şəki Musiqi Texnikumunda müəllim, 1990-cı ildən FBK-nın sədri, 2000-ci ildən şöbə müdiri, 2009-cu ildən 2013-cü ilin aprel ayınadək isə, tədris işləri üzrə direktor müavini vəzifəsini daşımalı olur. Mirvari xanım Mədəniyyət nazirliyinin təqdimatı və Şəki şəhər İcra Hakimiyyəti başçısının 19 aprel 2013-cü il tarixli, 111 saylı əmri ilə, 22 aprel 2013-cü il tarixdən 01 noyabr 2016-cı il tarixədək Şəki şəhər mədəniyyət və turizm şöbəsinin müdiri vəzifəsində çalışır və hal-hazırda 2-ci dərəcəli dövlət qulluqçusudur.

Onu da qeyd etmək yerinə düşər ki, Mirvari xanım Zeynalova Şəki Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini daşımağa başladığı vaxtdan, adı çəkilən bu qurumun inkişafı yeni bir mərhələyə qədəm qoyur. Belə ki, bu sahəyə aid bir çox tədbirlər proqramı davamlı həyata keçirilir, mədəni naliyyətlər təbliğ olunur, bacarığı və lazımi istedadı olan şəxslərin potensialı üzə çıxarılır. Bir sözlə, işgüzarlığı və çevik idarəçilik bacarığı ilə əksəriyyətə nümunə olan, həmçinin mədəni irsimizin təbliğində və yaşadılmasında lazımi addımlarını atan Mirvari xanım, bu gün üzərinə düşən vəzifəsini dolğun şəkildə yerinə yetirən şəxslərdən biridir. Bir anlığa diqqət yetirək ki, bu ilin 7 mayında Şəki Regional Mədəniyyət İdarəsinin təçkilatçılığı ilə şəhərin mərkəzi meydanlarından birində, yəni M.F.Axundzadənin adını daşıyan kinotetrın qarşısındakı parkda ümumilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Ucalığın dəyişməz simvolu” adlı “Oxu bayramı” tədbiri keçirilir. Tədbirdə Şəki şəhər ictimaiyyətinin nümayəndələri, ziyalılar, veteranlar, kitabsevərlər və şəhərin qonaqları iştirak edirlər. Ölkə rəhbərinin müvafiq fərmanına əsasən, tədbirdə kitab sərgisi, əlamətdar günlə əlaqəli səhnəciklər təşkil olunur, bayrama və yubileylərə həsr olunmuş şeirlər oxunur.

Bundan əlavə, keçirilən tədbirdə Heydər Əliyevə həsr olunmuş “Ulu bir sərkərdə, ulu bir öndər”, “Heydər baba” şeirləri, Nəsiminin 650 illik yubileyi və “Nəsimi ili” ilə əlaqədar “Ayrılır” qəzəli, C.Cabbarlının-120 illik yubileyi ilə əlaqədar “Qızıma” şeiri , C.Məmmədquluzadənin-150 illik yubileyi ilə əlaqədar “Anamın kitabı” əsərindən Gülbaharın monoloqu, B.Vahabzadənin “Gülüstan” poemasından hissələr və “Ümid sənədir ancaq, Azərbaycan əsgəri” şeiri səsləndirilir, Soltan Hacıbəyovun-100 illik yubileyi ilə əlaqədar Nizaminin “İsgəndərnamə” əsəri əsasında “İsgəndər Zülqərneyn” operasından bir parça və hərbi-vətənpərvərlik mövzusunda kompozisiya təqdim olunur.

Onu da qeyd edək ki, ötən ilin 25 noyabrında Şəki Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı və Qax rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qax şəhərində növbəti “Milli mətbəx bayramı” keçirilir. Bayram tədbirində Qax, Zaqatala, Balakən, Şəki və Oğuz rayonlarının milli mətbəxinə aid nümunələr, həmçinin xalq sənətkarlarının, tətbiqi sənət ustalarının əl işləri nümayiş etdirilir. Tədbirdə Qax mətbəxinə aid xəmir xörəklər, müxtəlif növ plovlar, dolma və digər milli yeməklər, qaxac olunmuş ətdən hazırlanan xörəklər, həmçinin Şəki, Zaqatala, Balakən və Oğuz mətbəxindən nümunələr və s. tədbir iştirakçılarının böyük marağına səbəb olur.
O da hər kəsə bəllidir ki, Şəki Regional Mədəniyyət İdarəsi bu gün daha uğurlu yeniliklərə imza atmaqda davam edir. Buna da əsas səbəb, Mirvari xanımım adı çəkilən idarəyə rəis təyin olunmasından sonra, Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonların hər birindəki mədəniyyət evlərinin, klubların, musiqi məktəblərinin, kitabxanaların, rəsm-qalareyalarının və s. “ayaqüstə qaldırılması” oldu. Bəli, hər kəs açıq şəkildə təsdiq edə bilər ki, 05 yanvar 2017-ci il tarixdən Şəki Regional Mədəniyyət İdarəsi yeni əsaslar üzərində idarə olunur. Planlaşdırılmış mədəni tədbirlər zamanında keçirilir.

Bütün bunlar onu söyləməyə əsas verir ki, hal-hazırda Şəki Regional Mədəniyyət İdarəsi saysız-hesabsız uğurları ilə fəxr edib, iftixar hissi də keçirir. Buna səbəb, Azərbaycan mədəniyyətinin inkişafında və təbliğində Şəki Regional Mədəniyyət İdarəsinin silinməz izlər buraxması, neçə-neçə korifey sənətkarlarımızın yetişməsində mühüm rol oynamasıdır. Elə bu səbəbdən də, Regional idarənin adı hansı ünvanda çəkilirsə, hansı tədbirlərdə müzakirə olunursa, hər kəs həmin qurumu mədəniyyətimizin beşiyi adlandırmaqdan da çəkinmirlər. Çünki, belə bir yanaşmanın həqiqətə söykənən ciddi əsasları var. Bütün bunların nəticəsidir ki, Mirvari xanım Zeynalovanın rəhbərlik etdiyi Şəki Regional Mədəniyyət İdarəsi, bu gün də Azərbaycan mədəniyyətinin inkişafına dəyərli töhfələrini bəxş edən qurumlardan biridir. Belə bir addımların atılmasına baxmayaraq, bu gün adı çəkilən xanımın işgüzar fəaliyyətinə kölgə salmağa çalışan, onun əməllərinə və quruculuq düşüncələrinə qarşı özlərinin “axsaq xəyallar”ını ortaya qoyub, sanki minbir oyun qaydaları qurmağ can atan elə “jurnalistlər” var ki, hazırda onların özləri “bataqlıq içində”dirlər. Belə olan halda həmin “jurnalistlər”ə tövsiyyə etməyə ehtiyac duylur ki, Mirvari xanımın əməllərində “çp” axtarmaqdansa, dönüb keçmişinizə baxın və hansı əməl sahibi olduğunuzu da ayrıd etməyə çalışın. Çünki, siz və sizlər...

Hazırladı: Rafael Həmidov


OXŞAR XƏBƏRLƏR
FOTO+VİDEO
[/aviable]
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi