xezerpress.az
xezerpress.az

Taleh Qaraşovun böyük əməyi nəticəsində Lənkəran öz inkişafının elə bir tarixi məqamına gəlib çatıb ki, bu qədim şəhərə yolu düşən hər kəsi heyran qoyur - ÖZƏL

73 dəfə baxılıb 24-05-2019, 14:15

Taleh Qaraşovun böyük əməyi nəticəsində Lənkəran öz inkişafının elə bir tarixi məqamına gəlib çatıb ki, bu qədim şəhərə yolu düşən hər kəsi heyran qoyur - ÖZƏL








Prezident İlham Əliyev Taleh Qaraşovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb

Sərəncama əsasən, Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə Taleh Azay oğlu Qaraşov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.


Bu gün icra başçısı Taleh Qaraşovun böyük əməyi nəticəsində Lənkəran öz inkişafının elə bir tarixi məqamına gəlib çatıb ki, bu qədim şəhərə yolu düşən hər kəsi heyran qoyur. İstər paytaxt sakinləri, istər Azərbaycanın ayrı-ayrı bölgələrinin əhalisi, istərsə də xarici qonaqlar ölkəmizin ürəyi və beyni olan bu şəhərin son illər ərzində nə qədər böyük bir sürətlə inkişaf etdiyinin şahidi olurlar. Bu, Azərbaycanın hər bir vətəndaşında özünün şəhəri ilə bağlı qürur hissi oyadır.

Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində 2019-cu ilin birinci rübü ərzində rayonun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin cari ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələrlə bağlı Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı yanında Şuranın geniş tərkibdə yığıncağı keçirilib.
Yığıncaqda Lənkəran ŞİH başçısı Taleh Qaraşov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin 5-ci sektorunun müdiri Dəyanət Abdullayev, İcra aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, ictimaiyyət nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.
İcra başçısı yığıncaqda geniş məruzə edərək qeyd edib ki, cari ilin ilk 3 ayı ərzində ölkədə sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində islahatlar sürətlə davam edib, iqtisadi göstəricilər dəfələrlə yüksəlib, nəzərdə tutulan layihələr vaxtında icra olunub, vətəndaşların həyat şəraiti bu müddətdə daha da yaxşılaşıb. Natiq bu dövrdə respublikanın bütün bölgələri kimi, Lənkəran rayonunun da sosial-iqtisadi və mədəni həyatında mühüm uğurların əldə olunduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, əvvəlki vaxtlarda olduğu kimi 2019-cu ilin birinci rübündə də Lənkəran rayonunun ictimai-siyasi və mədəni həyatında inkişaf meylləri davam etmiş, iqtisadi göstəricilər artan templə yüksəlmişdir. İlk 3 ayda rayonda bir sıra həyati əhəmiyyətli infrastruktur layihələr icra olunub, sənayedə, kənd təsərrüfatında, tikintidə, yol-abadlıq işlərində işin həcmi artıb, yeni iş yerləri açılıb, əhalinin yaşayış səviyyəsi durmadan yaxşılaşmaqda davam edib.
Hesabat dövründə rayonda ümumi məhsul buraxılışı 1.1 faiz artaraq 698.3 milyon manat təşkil edib. Sənayedə 9.4 milyon manatlıq məhsul istehsal olunub ki, bu da əvvəlki ilə nisbətən 8.4 faiz çox olub. Sənayenin qeyri-dövlət sektorunda istehsalın həcmi 6.8 milyon manat, ümumi həcmdə onun xüsusi çəkisi 18.4 faiz təşkil edib. Cari ilin birinci rübündə rayonda iqtisadiyyatın prioritet istiqaməti olan aqrar sahədə də işlər uğurla davam edib, məhsul istehsalı əvvəlki dövrə nisbətən çoxalıb. Sahibkarlığın inkişafı nəticəsində rayonda sənayedə istehsalın həcminin 72.1 faizi, aqrar bölmədə 99 faizi və ödənişli xidmətlərin 76.2 faizi özəl bölmənin payına düşüb.
Rayonda iqtisadiyyatın və sosial sferanın inkişafına 9.6 milyon manat investisiya yönəldilib.Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi 8.8 milyon manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ticarət xidməti 4.5 faiz, ödənişli xidmətlər 1.5 faiz artmış, orta aylıq əmək haqqı 310 manat təşkil edib.
Məruzədə qeyd olunub ki, ölkə Prezidentinin ardıcıl diqqəti və qayğısı ilə rüb ərzində rayonda abadlıq və quruculuq işləri geniş vüsət alıb, şəhərdə 150 nəfərin çalışacağı qənnadı fabrikinin tikintisinə və ölkə Prezidentinin müvafiq sərəncamı ilə 11 min nəfər əhalinin gündəlik olaraq istifadə etdiyi Hirkan-Mamusta-Siyavar magistral avtomobil yolunun əsaslı təmiri və asfaltlanması işlərinə başlanılıb. Bu dövrdə magistral yollar boyu və şəhərdaxili küçələrdə hasar və barının suvaqlanaraq rəngləndiyini, eyni zamanda şəhərin park və bağlarında 7 min ağacın, 10 min ədəd dekorativ ağac və gül kolunun əkildiyini, şəhərdaxili yollara 3500 kv/m isti asfaltın döşəndiyini, 4 çoxmənzilli yaşayış binasının dam örtuyü dəyişdirildiyini, 2 binada liftlərin təmiri ilə bağlı tədbirlər görülüb. Natiq təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar Lənkəran Dövlət Universiteti üçün əlavə tədris korpusunun və yataqxananın, Şıxakəran kəndində 432 şagird yerlik yeni məktəb binasının, 4 ucqar dağ kəndində modul tipli məktəblərin tikintisi işləri davam etdirildiyini, Gəgiran kəndində 264 şagird yerlik təzə məktəbin tikintisi ilə bağlı hazırlıq işləri görüldüyünü diqqətə çatdırıb. Bildirilib ki, birinci rübdə rayonda ümumilikdə 324 iş yeri açılmışdır ki, onlardan 183-ü daimi iş yerləri olub. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən rayonda 135 nəfəri qadın olmaqla 1120 nəfər kommunal sahələrdə haqqı ödənilən ictimai işlərə cəlb edilib, eyni zamanda Regional Qaz İdarəsinə 135 nəfər, Regional Elektrik Şəbəkəsinə 55 nəfər, ümumilikdə 1310 nəfər işlə təmin olunub. Haqqı ödənilən ictiami işlərə cəlb olunanların təkcə Lənkəran şəhərini və ətraf kəndləri deyil, eyni zamanda rayonun digər ərazilərində işləməyə ehtiyacı olan insanları da əhatə etməsinin təqdirəlayiq hal olduğu və əhali tərəfindən minnətdarlıqla qarşılandığı xüsusi vurğulanıb. İcra başçısı vətəndaşların qəbulu və müraciətlərinə baxılması ilə bağlı görülən işlər və yerlərdə keçirilən səyyar qəbullarda qaldırılan məsələlərin daim diqqətdə saxlandığını və həlli ilə bağlı müvafiq tədbirlərin görüldüyünü bildirib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin 5-ci sektorunun müdiri Dəyanət Abdullayev çıxış edib Azərbaycan Respublikası Prezidentinin cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatların ölkənin tərəqqisində və vətəndaşların həyat şəraitinin yüksəlməsindəki rolu barədə danışıb. Çıxış edən digər natiqlər birinci rübün yekunları ilə bağlı fikir və mülahizələrini bildiriblər.


OXŞAR XƏBƏRLƏR
FOTO+VİDEO
[/aviable]
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi