xezerpress.az
xezerpress.az

QAX rayonunda RESPUBLİKA GÜNÜ QEYD OLUNUB

53 dəfə baxılıb 30-05-2019, 14:41

QAX rayonunda RESPUBLİKA GÜNÜ QEYD OLUNUB











Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev– 1918-ci ilin bu günündə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur. Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyilə – Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.
Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömrundə böyük nailiyyətlər və qalibiyyətlər əldə etmişdir. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin etmişdir.
Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olmuşdur. Həmin tarixi hadisə 4 iyun 1918-ci ildə baş vermişdir.
1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilmişdir. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdəydi.
Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərifindən devirlməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.

Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı. Lakin Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür.

*****************

QAX rayonunda RESPUBLİKA GÜNÜ QEYD OLUNUB

28 May - Respublika günü münasibətilə rayonumuzda ümumrayon tədbiri kecirilmişdir. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Hüquq- mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ziyalılar, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrlərinin iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edən İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasıyla xalqımızın milli azadlıq, müstəqillik və demokratiya ilə bağlı arzularının çiçəkləndiyini bildirmiş, cümhuriyyətin 23 ay fəaliyyət göstərməsinə baxmayaraq həyata keçirilən tədbirlərin dövlətçiliyimizin əsaslarının yaradılmasında və gələcək inkişaf yolunun müəyyənləşdirilməsində mühüm rol oynadığını qeyd etmişdir. Azərbaycan Respublikasının Xalq Cümhuriyyətinin varisi olduğunu vurğulayan Musa Şəkiliyev müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin dövlətçiliyimiz qarşısında tarixi xidmətlərini bir daha yada salmış, onun ideya və arzularının artıq reallığa çevrildiyini, ölkəmizin iqtisadi qüdrətinin artdığını və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldiyini böyük iftixar hissi ilə qeyd etmişdir.


QAX rayonunda RESPUBLİKA GÜNÜ QEYD OLUNUBQAX rayonunda RESPUBLİKA GÜNÜ QEYD OLUNUBQAX rayonunda RESPUBLİKA GÜNÜ QEYD OLUNUB


OXŞAR XƏBƏRLƏR
FOTO+VİDEO
[/aviable]
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi