xezerpress.az
xezerpress.az

Gəncəlilər Niyazi Bayramovun Gəncə şəhər İcra Hakimiyyətinin başçısı işlədiyi bu qısa müddətdə gördüyü belə böyük işlərdən çox razıdırlar

40 dəfə baxılıb 11-06-2019, 10:40

Gəncəlilər Niyazi Bayramovun Gəncə şəhər İcra Hakimiyyətinin başçısı işlədiyi bu qısa müddətdə gördüyü belə böyük işlərdən çox razıdırlar



Niyazi Bayramov Gəncə “ASAN Xidmət” mərkəzində olub

Gəncəlilər Niyazi Bayramovun Gəncə şəhər İcra Hakimiyyətinin başçısı işlədiyi bu qısa müddətdə gördüyü belə böyük işlərdən çox razıdırlar


Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə “ASAN Xidmət” mərkəzinə baş çəkib, burada əhaliyə göstərilən xidmətlərlə tanış olub. Niyazi Bayramova məlumat verilib ki, Azərbaycan Respublikasınının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Gəncə “ASAN xidmət” mərkəzi 5 ilə yaxındır ki, fəaliyyətdədir. Burada Gəncə ilə yanaşı ərtaf rayonların sakinlərinə də xidmət göstərilir.

Niyazi Bayramov Gəncə “ASAN Xidmət” mərkəzinin xidmətlərindən faydalanmaq üçün gələn vətəndaşlarla görüşüb, söhbət edib. Şəhər rəhbəri göstərilən xidmətlərin səviyyəsi ilə bağlı vətəndaşların fikir və təkliflərini öyrənib. Sakinlərin şəxsi problemlərilə də maraqlanan Niyazi Bayramov, müraciət edən vətəndaşların səsləndirdikləri məsələlərin araşdırılması və qanuna uyğun formada həll edilməsi istiqamətində müvafiq tapşırıqlar verib. İcra başçısı Gəncə “ASAN Xidmət” mərkəzinin kollektivi və könüllüləri ilə də söhbət edib. Gənclər ASAN könüllüsü olmağın onlara qazandırdığı təcrübədən, verdiyi faydadan söz açıblar.

************

Gəncə şəhəri respublikamızın sürətlə inkişaf edən bölgələrindən biridir. Burada abadlıq–quruculuq işlərinin miqyası ildən–ilə genişlənir, əhalinin rahatlığına, rifah halının yaxşılaşmasına təminat yaradan iri layihələr həyata keçirilir.

Gəncəlilər görüşü zamanı Niyazi Bayramovun dediyi bu sözlər şəhər sakinlərində xoş ovqat yaratdı. Gəncə doğrudan da son illərdə dinamik inkişaf yolundadır. Şəhər sakinlərinin əldə etdiyi göstəricilər sürətli inkişafa ən yaxşı nümunədir.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun yüksək diqqət və qayğısı sayəsində Gəncə şəhəri son aylarda dinamik inkişaf yoluna çıxmış, şəhərdə əsaslı dəyişikliklər baş vermişdir. Dövlət Proqramının icrasından ötən müddət ərzində görülmüş işlərin təhlili və statistik məlumatlar onu göstərir ki, nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi istiqamətində uğurlu nəticələr əldə olunmuşdur. Qazanılan uğurlar sabitliyin qorunmasına əsaslı zəmin yaratmışdır.

Azərbaycanın hər bir bölgəsi kimi, Gəncə şəhərinin də inkişafı üçün lazımi tapşırıq və tövsiyələrini verən, daima diqqət və qayğı göstərən cənab İlham Əliyev regionlara etdiyi səfərlər çərçivəsində dəfələrlə şəhərimizdə olmuş, görülən işlərlə maraqlanmış, əhali ilə görüşlər keçirərək qaldırılan hər bir məsələnin həlli ilə bağlı öz tapşırıqlarını verərək mühüm sosial məsələlərin icrası istiqamətində sərəncamlar imzalamışdır. Sevindirici haldır ki, ölkə başçısı şəhərə etdiyi bütün səfərlərdə yeni obyektlərin açılışlarında özü iştirak etmiş və görülən işlərdən razılığını bildirmişdir.

Bu gün şəhərdə görülən irihəcmli işlər hər kəsin diqqətini cəlb etməklə böyük razılıqla qarşılanır. Şəhərin və ətraf ərazinin abadlaşdırılması istiqamətində tədbirlər ardıcıllıqla davam etdirilir. Yəqin bilirsiniz ki, ötən hesabat yığıncaqlarında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov abadlıq işləri ilə əlaqədar lazımı qədər məlumatlar verəcək. Həmçinin qeyd edib ki, bu işlər gələcəkdə daha geniş miqyasda davam etdiriləcəkdir. Xüsusən də Gəncə şəhərinin mərkəzi hissəsi bizim hazırladığımız layihələr üzrə tamamilə yenidən qurulacaqdır.

Gəncəlilər Niyazi Bayramovun Gəncə şəhər İcra Hakimiyyətinin başçısı işlədiyi bu qısa müddətdə gördüyü belə böyük işlərdən çox razıdırlar. Hətta Gəncənin tanınmış ziyaliları, ağsaqqalları da bütün görülən bu uğurlu işlərə böyük nikbinliklə, fəxarətlə baxırlar.

Deməli, biz artıq qətiyyətlə deyə bilərik ki, Gəncə özünün ikinci intibahına başlayıb və adı yenidən dünyanın ən inkişaf etmiş rayonları siyahısına düşəcək. İnanırıq ki, o gün uzaqda deyil.


Gəncəlilər Niyazi Bayramovun Gəncə şəhər İcra Hakimiyyətinin başçısı işlədiyi bu qısa müddətdə gördüyü belə böyük işlərdən çox razıdırlar
Gəncəlilər Niyazi Bayramovun Gəncə şəhər İcra Hakimiyyətinin başçısı işlədiyi bu qısa müddətdə gördüyü belə böyük işlərdən çox razıdırlarGəncəlilər Niyazi Bayramovun Gəncə şəhər İcra Hakimiyyətinin başçısı işlədiyi bu qısa müddətdə gördüyü belə böyük işlərdən çox razıdırlarGəncəlilər Niyazi Bayramovun Gəncə şəhər İcra Hakimiyyətinin başçısı işlədiyi bu qısa müddətdə gördüyü belə böyük işlərdən çox razıdırlarGəncəlilər Niyazi Bayramovun Gəncə şəhər İcra Hakimiyyətinin başçısı işlədiyi bu qısa müddətdə gördüyü belə böyük işlərdən çox razıdırlarGəncəlilər Niyazi Bayramovun Gəncə şəhər İcra Hakimiyyətinin başçısı işlədiyi bu qısa müddətdə gördüyü belə böyük işlərdən çox razıdırlar


OXŞAR XƏBƏRLƏR
FOTO+VİDEO
[/aviable]
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi