xezerpress.az
xezerpress.az

Mahir Quluyev tez tez kəndlərə, vətəndaşlarla görüşə gedir, onların problemlərini dinləyir və aidiyyatı təşkilatlara yerindəcə müvafiq tapşırıqlar verir

71 dəfə baxılıb 27-06-2019, 14:27

Mahir Quluyev tez tez kəndlərə, vətəndaşlarla görüşə gedir, onların problemlərini dinləyir və aidiyyatı təşkilatlara yerindəcə müvafiq tapşırıqlar verir

Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Səmədabad kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildi

Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Səmədabad kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildi.
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri və kənd sakinləri iştirak etdi.
Səmədabad və Arazbarı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 644 təsərrüfatda 3397 nəfər əhali yaşayır.Kəndin ümumi torpağ fondu 2494 hektardır.
Nümayəndəlik ərazisində tam orta məktəb, ümumi orta məktəb, həkim məntəqəsi, uşaq bağçası, klub, kitabxana, poçt şöbəsi, rabitə qovşağı, polis, yanğından mühafizə bölmələri və digər sosial obyektlər fəaliyyət göstərir.
Mahir Quluyev tez tez kəndlərə, vətəndaşlarla görüşə gedir, onların problemlərini dinləyir və aidiyyatı təşkilatlara yerindəcə müvafiq tapşırıqlar verir

Görüşdə Səmədabad kənd İcra nümayəndəsi İsgəndər Rüstəmov çıxış edərək ötən dövr ərzində kənddə görülmüş işlərdən danışdı və qarşıda duran problemlər barədə məlumat verdi.Qeyd etdi ki, hazırda kəndin daxilindən keçən Biləsuvar-Bəhrəmtəpə magistral avtomobil yolu əsaslı şəkildə yenidən tikilir.Kənddə Heydər Əliyev parkı inşa olunmuş, Polis və yanğından mühafizə bölmələri üçün yeni binalar tikilmişdir.Həmçinin regionların sosial-iqtisadi inkişafına uyğun olaraq kənddaxili küçələr qum-çınqıl qarışığı ilə təmir olunmuş, ərazidəki şor kollektorlarının əksəriyyəti lildən təmizlənmişdir.Əhali fasiləsiz olaraq elektrik enerjisi və təbii qazla təmin olunur.
Əhali əsasən əkinçiliklə yanaşı heyvandarlıqla da məşğuldur.
İsgəndər Rüstəmov kənddə aparılan abadlıq və quruculuq işlərinə görə kənd sakinləri adından ölkə Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirdi.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən respublikamızda aparılan sosial-iqtisadi islahatlardan danışaraq, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində Biləsuvar rayonunda aparılan abadlıq və yenidənqurma işləri haqqında vətəndaşlara məlumat verdi. Qeyd etdi ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir,sosial layihələr həyata keçirilir, yeni-yeni iş yerləri açılır.Görülən bütün bu işlər, həyata keçirilən tədbirlər sonda yalnız bir amala xidmət edir ki, bu da əhalimizin yaxşı yaşaması, insanlarımızın fəaliyyəti üçün iş yerlərinin yaradılması və onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşmasıdır.
Mahir Quluyev tez tez kəndlərə, vətəndaşlarla görüşə gedir, onların problemlərini dinləyir və aidiyyatı təşkilatlara yerindəcə müvafiq tapşırıqlar verir

M.Quliyev ölkə rəhbəri tərəfindən həyata keçirilən bu tədbirlərin və görülən işlərin bundan sonra da davam etdiriləcəyini, vətəndaşlarımızı narahat edən ən kiçik problemin belə diqqətdən kənarda qalmayacağını vurğuladı.
Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Səmədabad və Arazbarı kəndlərinin əhalisinin problemlərini dinlədi, vətəndaşlar tərəfindən qaldırılan bir neçə məsələ yerindəcə həll edildi, həlli vaxt tələb edən məsələlər isə qeydiyyata götürülərək həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlar verildi.


Biləsuvar rayonu respublikamızın sürətlə inkişaf edən bölgələrindən biridir. Burada abadlıq–quruculuq işlərinin miqyası ildən–ilə genişlənir, əhalinin rahatlığına, rifah halının yaxşılaşmasına təminat yaradan iri layihələr həyata keçirilir.

Mahir Quluyev tez tez kəndlərə, vətəndaşlarla görüşə gedir, onların problemlərini dinləyir və aidiyyatı təşkilatlara yerindəcə müvafiq tapşırıqlar verir


Biləsuvarlılarla görüşü zamanı Prezidentin dediyi bu sözlər rayon sakinlərində xoş ovqat yaratdı. Biləsuvar doğrudan da son illərdə dinamik inkişaf yolundadır. Rayon sakinlərinin əldə etdiyi göstəricilər sürətli inkişafa ən yaxşı nümunədir.

Mahir Quluyev tez tez kəndlərə, vətəndaşlarla görüşə gedir, onların problemlərini dinləyir və aidiyyatı təşkilatlara yerindəcə müvafiq tapşırıqlar verir

Şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq şərəfsizlikdir? Biləsuvar rayon icra hakimiyyətinin başçısı Mahir Quliyevin məmur nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir? Araşdırma zamanı məlum olub ki, həmin saytlar bəzi vəzifəli adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq Mahir Quliyevi nüfuzdan salmağa çalışırlar, amma bu alınmayacaq.

Mahir Quluyev tez tez kəndlərə, vətəndaşlarla görüşə gedir, onların problemlərini dinləyir və aidiyyatı təşkilatlara yerindəcə müvafiq tapşırıqlar verir










Regionların sosial-iqtisadi inkişafı Azərbaycan dövlətinin xüsusi diqqət və qayğısı altındadır. Bu məqsədlə həyata keçirilən dövlət proqramları rayon və şəhərlərimizin nəzərə çarpacaq tərəqqisini təmin etməklə yanaşı, regionlarda yeni infrastrukturların formalaşması ilə müşahidə olunur.

Son illər özünün dinamik inkişafı ilə seçilən belə rayonlarımızdan biri isə Biləsuvardır.

Biləsuvar dəyişib, gözəlləşib və inkişaf edir.

Son illər ölkənin əksər rayonlarının sürətlə inkişaf etdiyi və abadlaşdığını görmək mümkündür. Bu sırada aparıcı yerlərdən birini Biləsuvar tutur. Qeyd edək ki, Biləsuvar son bir neçə ildə tikinti meydançasına çevrilib. Hər tərəfdən tikinti, abadlıq və quruculuq işlərinin aparılması isə camaatın ürəyincədir. Bundan əlavə rayonda sosial problemlərin həlli, işsizliyin aradan qaldırılması və digər bu kimi hallara da xüsusi diqqət yetirilir və önəm verilir. Bildirək ki, faktiki vəziyyətin yaranmasının başlıca səbəbkarı rayonun icra başçısı Mahir Quliyevin gərgin əməyinin nəticəsidir. Belə ki, Mahir Quliyev Biləsuvara rəhbər təyin olunan ilk gündən qollarını çırmayaraq, harada problem varsa, onun aradan qaldırılmasına başlayıb. Qısa müddətdə şəhərin görkəminin dəyişdirilməsi, yeni parkaların salınması, küçələrin genişləndirilməsi və abadlaşmasını təmin edən icra başçısı, bununla kifayətlənmək fikrində deyil. Çünki Biləsuvarda görüləcək işlər çoxdur. Həm də biləsuvarlılar üçün görüləcək işlər həddindən artıq çoxdur. Mahir Quliyev əhaliylə xoş münasibəti, onların şikayətlərini dinləmək üçün həmişə can atması, onların ehtiramını saxlaması, problemlərini həll etmək üçün lazım olan bütün addımları atması hamı tərəfindən təqdir olunur, alqışlanır. Elə rayon sakinləri də yaranmış vəziyyətdən məmnundurlar. Onlar deyirlər ki, bir zamanlar Biləsuvar yalnız özünün təsərrüfatı ilə məşhur idisə, indi gözəlliyi, ilə ad çıxarmağa başlayıb.

Mahir Quluyev tez tez kəndlərə, vətəndaşlarla görüşə gedir, onların problemlərini dinləyir və aidiyyatı təşkilatlara yerindəcə müvafiq tapşırıqlar verir








Umumiyyətlə cənab M.Quluyev tez tez kəndlərə, vətəndaşlarla görüşə gedir, onların problemlərini dinləyir və aidiyyatı təşkilatlara yerindəcə müvafiq tapşırıqlar verir. Mahir müəllim cənab Prezidentin sozləri ile desek ozunu Biləsuvar rayon sakinlarinin bir nömrəli xidmətçisi sayır. Əminliklə demək olarki Biləsuvar rayonu öz simasını tamamı ilə dəyişib. Bunu sakinlərlə söhbətimizdədə təsdiqlədilər.

Amma təəssüf hissi ilə qeyd etmək lazımdır ki, ölkə başçısının Biləsuvar rayonunda aparılan bu işlərə verdiyi yüksək qiyməti bu gün bəzi mətbuat orqanları və saytlar həzm edə bilmir, hec bir həqiqətə söykənməyən, qərəzli məlumatlar yayaraq özlərini reklam etməyə, bu eybəcər yolla oxucu toplamağa çalışırlar. Lakin bu qısqanclığın bircə adı var ki, o da öz peşəsini bilməmək, jurnalistikadan uzaq olan bəzi insanların bu sahədə çalışmalarıdır. Bütün bunlara baxmayaraq, Biləsuvar rayonu respublikamızın digər rayonları kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında daima inkişaf edəcək və yeni-yeni uğurlara imza atmaqda davam edəcək.
Mahir Quluyev tez tez kəndlərə, vətəndaşlarla görüşə gedir, onların problemlərini dinləyir və aidiyyatı təşkilatlara yerindəcə müvafiq tapşırıqlar verirMahir Quluyev tez tez kəndlərə, vətəndaşlarla görüşə gedir, onların problemlərini dinləyir və aidiyyatı təşkilatlara yerindəcə müvafiq tapşırıqlar verirMahir Quluyev tez tez kəndlərə, vətəndaşlarla görüşə gedir, onların problemlərini dinləyir və aidiyyatı təşkilatlara yerindəcə müvafiq tapşırıqlar verir


OXŞAR XƏBƏRLƏR
FOTO+VİDEO
[/aviable]
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi