xezerpress.az
xezerpress.az

Yoldaş Zeynalov da Nuriyevin güdazına gedir... - İDDİA

18 dəfə baxılıb 9-07-2019, 15:06

Yoldaş Zeynalov da Nuriyevin güdazına gedir... - İDDİA

Bu gün DYP sistemində ən çox narazılıq yaradan qurum kimi diqqətə gələni Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi Məlumat Xidmətidir desək, yanılmarıq. Hər halda son günlər sözügedən quruma rəhbərlik edən Vahid Nuriyevin yeni DİN şefi tərəfindən "vurulacağı" haqda məlumatlar da məhz qeyd olunan narazılıq faktorunu aradan qaldırmağa hesablanıb. Bu sözləri DİA.AZ-a bildirən mötəbər mənbə iddia edir ki, Vahid Nuriyev yaxın iki həftə ərzində pistu ilə vidalaşa bilər, amma tək getməyəcək...

Mənbənin dia.az-a söylədikləri: "Vahid Nuriyevin əməlləri, süni şəkildə narazılıq yaratma cəhdləri təbii ki, hazırda onu himayəsi altına alan Baş Dövlət Yol Polis İdarəsinin rəisi Ramiz Zeynalovun özünü də hədəfə çevirib. Elə buna görə də Vilayət Eyvazovun bu gün "narazılıq yuvası"na çevrilmiş Baş Dövlət Yol Polis İdarəsinə birdəfəlik süpürgə çəkəcəyi də istisna deyil və bu zaman Ramiz Zeynalov da öz nəsibini almış olacaq".

Mənbə iddia edir ki, hətta indidən Ramiz Zeynalovun yerinə namizədlərin mətbuatda hallandırılması da qeyd olunan proseslə əlaqədardır.


OXŞAR XƏBƏRLƏR
FOTO+VİDEO
[/aviable]
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi