xezerpress.az
xezerpress.az

Lerik rayonu Maliyyə İdarəsinin rəisi Elman Abbasovun ŞOK MAXİNASİYALARI

56 dəfə baxılıb 25-09-2019, 15:30

Lerik rayonu Maliyyə İdarəsinin rəisi Elman Abbasovun ŞOK MAXİNASİYALARI


Artıq bir neçə müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda Lerik rayonu Maliyyə İdarəsinin rəisi Elman Abbasovun öz fəaliyyətində yol verdiyi bir sıra qanun pozuntularına, o cümlədən heç bir maddi texniki bazaya malik olmayan müxtəlif şirkətlərlə törədilən maliyyə maxinasiyalarına dair açıqlamalar təqdim olunur.

Mənbələrin iddialarına görə, əgər son bir neçə ildə rayona ayrılmış büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsi xüsusunda ölkənin Maliyyə Nazirliyi tərəfindən müvafiq yoxlama keçirilərsə, bu zaman külli-miqdarda vəsaitlərin mənimsənilməsi halları aşkar olunar. Bir tərəfdən, təqdim edilən açıqlamalarda vurğulanır ki, Lerik Rayon İcra Hakimiyyətinin inzibati ərazi vahidləri üzrə nümayəndəliklərində bu kimi mənimsəmə hallarına daha çox rast gəlmək mümkündür. Digər tərəfdən isə, yerli mənbələr Elman Abbasovun müəyyən saxta, yəni əslində heç bir maddi-texniki bazası olmayan şirkətlərlə iş birliyinə girərək müxtəlif maliyyə maxinasiyaları törətdiyini iddia edirlər.

Lerik rayonunda məmur özbaşınalığı davam edir. Bu barədə dəfələrlə məlumat yayılsa da, problem həllini tapmır.

AzToday.az-a daxil olan məlumata görə, son zamanlar rayonda əsas problemə çevrilən məmurlar sırasında rayon icra hakimiyyəti başçısının Lerik şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Kaməddin Məstiyev və onun qudası, rayon Maliyyə Şöbəsinin müdiri Elman Abbasovdur.

Mənbə bildirir ki, Kaməddin Məstiyev uzun illərdir, şəhər icra nümayəndəsi olsa da, iş əmsalı və məmur kimi faydalılığı sıfıra bərbərdir. Onu ancaq özünün şəxsi maraqları və həyat səviyyəsi maraqlandırır. Dəfələrlə rayon İcra hakimiyyətinin başçısı Rövşən Bağırov, icra başçısının birinci müavini Cəlil Baxşıyev ona irad bildirsələr də, Məstiyev bütün qanunsuzluqlarını israrla davam etdirib.

İcra hakmiyyətinə yaxın mənbənin AzToday.az-a verdiyi məlumata görə, Məstiyevin fəaliyyətindən bütün rayon sakinləri narazıdır. Onun Elman Abbasovla iş birliyi, dövlət əmlakını mənimsəməsi ilə bağl iddialar isə yerli əhalinin narazılığını artırmaqdadır.

Mənbə deyir ki, Kaməddin Məstiyev inzibatı ərazi olan Lerik şəhərinin – rayon mərkəzinin yenidən qurulması və infrastrukturun inkişafı zamanı xeyli vəsait əldə edib. Bu gün rayonin imkanlı məmurlarından sayılan Məstiyev icra başçısının müavini olmaq iddiasını belə gizlətmir. Hətta məclislərin birində icra başçısından belə çəkinmədiyini bildirib.

Lerikdəki mənbə bildirir ki, Məstiyevə bu gücü verənlərən biri də qudası, maliyyə şöbəsinin müdiri, uzun illərdir bu vəzifədə işləyən Elman Abbasovdur. İki qudanın "qaz vurub, qazan doldur”duğu da iddia olunur. Belə ki, maliyyə şöbəsinin müdiri rayonun mərkəzi üçün vaxtaşırı vəsait ayırtdırır, sonra da qudası ilə birlikdə bu vəsaiti mənimsəyirlər. Əgər belə deyilsə, bəs Elman Abbasov məmur maaşı ilə "Xəzri” kafesini necə aça bilib?

Bundan başqa, onun torpaq, ev və digər əmlakı da var. Həmçinin Kaməddin Məstiyevin də biznes və iaşə obyektləri var. Bütün bunları isə rayon rəhbərliyi də bilir. Maraqlı olan odur ki, bu iki məmurla bağlı ciddi bir tədbir görülmür.

Növbəti yazılarımızda Kaməddin Məstiyev və Elman Abbasovun mülk və obyektlərindən bəhs edəcəyik. Bizi izləyin!

Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Oktay Talıboğlu


OXŞAR XƏBƏRLƏR
MƏDƏNİYYƏT
FOTO+VİDEO
[/aviable]
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi