xezerpress.az
xezerpress.az

Şəmkirdə təhsili kimlər və necə iflic duruma salıb... - Müraciət...

27 dəfə baxılıb 4-10-2019, 14:35

Şəmkirdə təhsili kimlər və necə iflic duruma salıb... - Müraciət...

DİA.AZ-a Şəmkirdən yazan və adının çəkilməsini istəməyən təhsil işçilərindən biri Şəmkir təhsilində baş verən özbaşınalıqlardan giley edir və ağır ittihamlar səsləndirir. Onun müraciətini təqdim edirik:

"Bu yazını 42 il ömrünü Şəmkir təhsili üçün vermiş bir qocaman müəllimə yazır. Bu yamızda sizlərə Şəmkir Təhsilində son illərdə baş vermiş özbaşınalıqlar, biabırçılıqlardan söz açmaq istəyirik. Bu yazımızda nə maliyyə nöqsanları, nə rüşvətxorluqdan, nə korrupsiya faktlarından söz açmaq fikrində deyilik. Çünki artıq bütün ölkə, uşaqdan böyüyə kimi bilir ki Təhsil Şöbələri rüşvət və korrupsiyanın məngənəsində boğulub məhv olmaqdadı !!!

Sizlərə Şəmkir rayon Təhsil Şöbəsinin müdiri şəxsən Məcid Şıxlinski haqqında rəsmi dövlət saytlarında yayınlanmış məlumatlar əsasında bilgilər verəcəyik.

Məcid Şıxlinskinin tərcümeyi-halına diqqətlə fikir verin. 1993-cü ilə qədər yüksələn xətt üzrə inkişaf edən karyerası birdən birə dayanır və aşağıya doğru getməyə başlayır. 1993-1995-ci illərdə qayıdır yenidən məktəb direktoru işləyir. 1995-ci ildə MÜSAVAT, BƏLİ MÜSAVAT PARTİYASINDAN MİLLİ MƏCLİSƏ ÜZV OLMAQ ÜÇÜN NAMİZƏD OLUR !!! Və həmin seçkilərdə məğlub olaraq, Şəmkirin o vaxtki icra başçısı Aslan Aslanovun qəzəbinə tuş gələrək bütün işlərdən qovulur və adı məktəbdə fizika müəllimi kimi saxlanılmaqla faktiki ev dustağı edilir. 1998-ci ildə o vaxtki Müdafiə Naziri Səfər Əbiyevin (Aslan Aslanovla kirvə idilər) təkidi ilə yenidən məktəb direktoru təyin edilir. Səbəb isə Məcid Şıxlinskinin artıq keçmiş qudası Pənah Abdullayevin Müdafiə Nazirliyi sistemində yüksək vəzifədə işləməsi və Səfər Əbiyevlə şəxsi münasibətləri idi.

Söz düşmüşkən burada Məcid Şıxlinskini Pənah Abdullayevlə quda edən qızı Kəmalə Şıxlinskaya haqqında bir iki qeyd edək. Mətbuatın gündəminə “Əli silahlı məktəb direktoru” yazısı ilə gəlmişdi.

Kəmalə xanımla bağlı yazıya qayıtmamışdan əvvəl Məcid Şıxlinskinin son illərdə törətdiyi şəxsi biabırçılıqdan söz açacam. Təbii ki hər bir insanın özünün şəxsi ailəsi var, ailə məsələləri müzakirə olunmur. AMMA !!! Şəmkir rayon Təhsil Şöbəsinin müdiri vəzifəsini tutan şəxs ailəsi, ictimai davranışı, əxlaqi keyfiyyətləri ilə cəmiyyətə nümunə olacaq bir şəxs olmalıdır. Məsələ burasındadır ki, Məcid Şıxlinskinin tərcümeyi halında yazılıb ailəlidir, 2 övladı var. Bəli, ilk ailəsindən, Bella adlı qadından 2 övladı var. Tural və Kəmalə. Bəs hal-hazırda Cahangir Rüstəmov məktəbinin direktoru olan, yaşca öz doğma qızı Kəmalədən 3 yaş kiçik olan Firuza Şıxlinskayanı niyə qeyd etmir !!! Niyə ondan olan Mərt adlı övladını qeyd etmir !!! Çünki bu ictimai biabırçılığı gizlətməyə çalışır. Yenə təkrar edirəm, insanların şəxsi həyatı müzakirə olunmur, amma təlim tərbiyə kimi böyük bir orduya rəhbərlik edən şəxs bu hərəkətləri ilə kimə nümunə ola bilər ???!!!

BUYURUN DİQQƏTLƏ BAXIN FAKTLARA

Məni bu yazını yazmağa vadar edən səbəb isə, 42 ilimi Şəmkir təhsilinə verdiyim hədər gedən ərəfədə, mənimlə əmək müqaviləsi artırılmadığı halda, Məcid Şıxlinski ilə 3-cü dəfə ( yəni 68 yaşında) müqavilə artırılır və bunu da utanmazcasına, abırsızcasına yığılıb Məcid Şıxlinskinin təmtəraqlı ad gününün qeyd etmələri oldu. Bu şəkilləri mən sosial şəbəkələrdən, müxtəlif adamların profillərindən götürmüşəm !!!

BAXIN DİQQƏTLƏ BAXIN

BÜTÜN BUNLARA SUSAQ DEYİRSİNİZ ???!!!

Bütün bunlara səbəb Məcid Şıxlinskinin qardaşı Rusiyada yüksək vəzifədə işləyən Səbuhi Şıxlinskidi. Belə ki, o hər il pensiya vaxtı çatanda Azərbaycanın yüksək vəzifəli şəxslərindən xahiş edir və beləliklə Şəmkir kimi 200 min əhalisi olan rayonun gəncliyini, mənəviyyatını, təhsilini, mədəniyyətini, əxlaqını məhv etməkdə davam edir.

Sizlərdən çox xahiş edirəm bu məsələləri çox ictimailəşdirək, işıqlandıraq, bu adamlar öz üzərində məsuliyyət hiss etsin.

Əminəm ki bu yazıdan sonra gizlincə qapı arxasında Məcid Şıxlinskinin müqaviləsini artıran insanlar öz üzərində məsuliyyət hiss edəcək və Şəmkirə vurduğu zərbəni dərk edəcək. Üzümü tuturam Şəmkirin İcra Başçısı Alimpaşa Məmmədova, Təhsil naziri Ceyhun Bayramova, xahiş edirəm bu haqsızlığa göz yummayın, birlikdə üzbəüz danışıb qərar qəbul edin, işiniz də səmərəli olsun !!!

Allah yardımçınız olsun !!!"

Dia.az olaraq iddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...Şəmkirdə təhsili kimlər və necə iflic duruma salıb... - Müraciət...Şəmkirdə təhsili kimlər və necə iflic duruma salıb... - Müraciət...Şəmkirdə təhsili kimlər və necə iflic duruma salıb... - Müraciət...Şəmkirdə təhsili kimlər və necə iflic duruma salıb... - Müraciət...


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi