xezerpress.az
xezerpress.az

Göygöl polisi Poladı (Pol və Ad)ı hüquqi müstəvidə “çarmuxa çəkəcək?”

113 dəfə baxılıb 2-03-2020, 14:42

Göygöl polisi Poladı (Pol və Ad)ı hüquqi müstəvidə “çarmuxa çəkəcək?”


    
Düşünürük ki, bu məqalə yayımlandıqdan sonra polis əməkdaşları adı çəkilən şəxsin əməllərinə hüquqi qiymət verəcəklər

    Yəqin ki, Göygöl rayonu ərazisindəki Hava Limanına gedən yolun yaxınlığında fəaliyyət göstərən və yaş həddindən asılı olmayaraq “xanımlar”ın cinsi zoraklığa məruz qalmalarına lazımi şərait yaradan Polad (Pol və Ad) adlı şəxsin adının, təkcə bu rayonun ərazisində deyil, hətta ətraf şəhər və rayonlarda da dillər əzbəri olması haqda hər kəs məlumatlıdır. Bu şəxsin adının dillər əzbəri olmasına əsas səbəb, adı Pol və Ad söz birləşmələrindən əmələ gələn bu şəxsin uzun illər ərzində əxlaqsızlıq ünvanı işlətməsidir. Düşündürücü hal odur ki, hər kəs anadan olub böyüdükcə özünün gələcəkdə hansı işlə məşğul olacağını, hansı peşəni sevəcəyini, hansı arzulara qovuşacağını və s. qarşısına məqsəd qoyur. Əldə etdiyimiz şifahi məlumatlara görə, bu şəxs isə Göygöl rayonu ərazisində əxlaqsızlıq obyekti işlədəcəyini və belə bir yolla da, məhz özünə külli miqdarda var-dövlət qazanacağını qarşısına əsas məqsəd qoyur. Ona görə də, o, bu gün də belə bir çirkin əməllərindən əl çəkmək niyyətində deyil.

     Onu da unutmaq olmaz ki, bugünə kimi Polad adlı şəxsin işlətdiyi əxlaqsızlıq ünvanında ara-sıra elə bir ciddi olaylar baş verib ki, o, işlətdiyi obyektini müəyyən müddət ərzində bağlamağa da məcbur olub. Çünki, adı çəkilən bu şəxsə məxsus obyektdə yaşananlarla bağlı, indiyə kimi bəzi media qurumlarının əməkdaşları tərəfindən müəyyən çəkilişlər həyata keçirilmiş və hətta sosial mediada baş verən qanunsuzluqlar, hər cür hoqqalar da ictimailəşdirilmişdi. Söylənilənlərə görə, bir neçə ay bundan əvvəl Polad adlı şəxsin işlətdiyi əxlaqsızlıq ünvanı yerli sakinlərin “qəzəbinə tuş gəlir”. Yəni, sakinlər bu şəxsin qol qoydurduğu iyrənc və qanunsuzluq əməllərinə etiraz əlaməti olaraq, deyəsən həmin obyekti “daşqalaq” da edirlər. Baş verən hadisə nəticəsində obyek tam şəkildə sıradan çıxmasa da,  obyektə xeyli ziyan vurulduğu da iddia olunur.

   Redaksiyamıza daxil olan məlumatlara görə, Polad adlı şəxs bu gün də iyrənc əməllərindən əl çəkmir və işlətdiyi obyektində yaş həddindən asılı olmayaraq qadınların cinsi istismarına lazımi şərait yaratmaqla məşğul olur. Belə bir səbəblər üzündəndir ki, hal-hazırda adı çəkilən bu şəxs qol qoyduğu əməllərinə görə, bölgədə ən çox “iş stajı” olan şəxs hesab olunur. O halda sual oluna bilər ki, görəsən yaşadığı bölgənin “dan ulduzu”na çevrilən Polada arxa-dayaq duran vəzifə sahibi kimdir? Bax budur, bizi düşündürən halın varlığı! Çünki, heç cür inandırıcı deyil ki, adı çəkilən bu şəxsə kimsə “arxa-dayaq” durmadan, o, Göygöl rayonu ərazisində belə bir formada “fironluq” edə bilsin. Bölgə müxbirimizin əldə etdiyi müəyyən məlumatlara görə, adı çəkilən bu şəxs orda-burda danışır ki, “Göygöl RPŞ-də bir yüksək çinli vəzifə sahibi var və o, mənə “arxa-dayaq” durur. Nə vaxt başımın üstündən “qarayel əsir”, o halda həmin vəzifə sahibi məni “düşdüyüm “bataqlıqdan” çıxarır. Tərəfimizdən apardığımız araşdırmalar zamanı belə bir məlumat da əldə edə bildik ki, sən demə adı iki sözün birləşməsindən əmələ gələn bu şəxsin, hər kəsin “Semaşko” kimi tanıdığı xəstəxananın baş həkimi ilə yaxın qohumluq əlaqəsi var. Ona görə də ehtimal etmək olar ki, Poladın “dan ulduzu”na çevrilməsində və “toxunulmaz şəxs” statusu qazanmasında, baş həkim Ədalət Dadaşovun xüsusi rolu olub. Sözsüz ki, bu bizim düşündüyümüz versiyalardan biridir. Düzdür belə bir məlumatı əldə etsək də, düşüncələrimiz bizi bir qədər götür-qoy etməyə də vadar edir. Çünki, hər kəsə o da güntəki aydındır ki, baş həkim Ədalət Dadaşov dövlətini, xalqını sevən bir şəxsdir. O halda ortaya başqa suallar da çıxır ki, görəsən baş həkim vəzifəsini daşıyan bu şəxs, səbəb nədir ki, Poladı tutduğu belə bir yoldan çəkindirmir? Yəni, o, ...

    Məsələnin düşündürücü tərəfi odur ki, gün ərzində dövriyyəsi təqribən bir neçə yüz, bəlkə də min manatlarla hesablanan həmin obyektdə, bir ədəd olsun belə kassa aparatı yoxdur. Ona görə də, Poladın işlətdiyi obyektə üz tutan müştərilərə heç bir halda ödəniş qəbzi verilmir. Yəni, obyekt sahibi vergi məsələsini qarşı tərəflə razılığa gəldiyi formada həll edir. Belə bir halın varlığı da, obyekt sahibinin əldə etdiyi gəlirlərin daha çox hissəsinin vergidən gizlədilməsinə imkanlar açır. Bu həm əmək intizamının tələblərinin pozulması, həm də vergi cinayətinin baş verməsi demək olur. Əsas məqamlardan biri də, cütlüklər qiyməti razılaşdırılmış otaqlara daxil olarkən, həmin şəxslərin nigahda olub-olmadıqları araşdırılmır, obyektdə çalışan işçilərlə əmək müqaviləsi bağlanmır, natəmizlik halları tüğyan edir, ətraf ərazilərdə yaşayan sakinlərə hər cür narahatçılıq və ciddi problemlər yaradılır. Bu gün Polad adlı şəxsin əməllərini, eyni zamanda ona kənardan “krışalıq” edən və hələlik adını tam dəqiqləşdirə bilmədiyimiz şəxslərin atdıqları addımların varlığını eşitdikcə, sanki öz-özlüyümüzdə təəssüf hissi keçiririk. Hətta, bu cür iyrənc əməllərin baş verməsinə birbaşa cavabdehlik daşıyan vəzifə sahiblərinin fəaliyyətlərini tənqid etməkdən də çəkinmirik.

   Düşündürücü halın varlığı odur ki, bu şəxs bölgədə öz adı ilə deyil, daha çox əxlaqsızlıq ünvanı işlətdiyinə görə tanınır. Əldə etdiyimiz müəyyən məlumatlara görə, Poladın əməlləri ilə bağlı media qurumlarında məqalə dərc olunduqdan və baş verənlərlə bağlı aidiyyəti qurumlar məlumatlandırıldıqdan sonra, hüquq-mühafizə orqanı əməkdaşları bu şəxsin işlətdiyi obyektlə bağlı müəyyən tədbirlər görürlər. Amma çox keçmir ki, obyekt sahibi yenidən fəaliyyətə başlayır və “şərəfli missiya”sını  “uğurla” həyata keçirməyə çalışır. Düşünürük ki, bu məqalə yayımlandıqdan sonra Göygöl polisi adı çəkilən bu şəxsin əməllərinə hüquqi qiymət verilməsi üçün, onu hüquqi müstəvidə “çarmuxa çəkəcək”.

  P.S. Hörmətli oxucular! Çox yaxın günlərdə Göygöl rayonunda Hava Limanına gedən yolun yaxınlığında fəaliyyət göstərən və Polad (Pol və Ad) adlı şəxsə məxsus olduğu söylənilən əxlaqsızlıq ünvanında həyata keçirilmiş çəkilişi, həmçinin baş verən “tükürpədici” addımları hər kəsin diqqətinə çatdırmağa çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi