xezerpress.az
xezerpress.az

Rafael Mehrəliyev: Dünyada koronavirusa qarşı mübarizədə Azərbaycanın adı birincilər cərgəsində gəlir

349 dəfə baxılıb 16-06-2020, 08:38

Rafael Mehrəliyev: Dünyada koronavirusa qarşı mübarizədə Azərbaycanın adı birincilər cərgəsində gəlir


Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rafael Mehrəliyev - Bu gün dünya üzərində müşahidə aparılsa, aydın şəkildə görünər ki, koronavirus infeksiyası hər bir dövləti ciddi sınaq qarşısında qoymuşdur. Bəzisi bu sınaqdan layiqincə çıxmaqdadır, bəzisi isə çoxsaylı insan itkisi ilə hələ də mübarizə aparmaqdadır. Bütün bunlara baxmayaraq əminliklə deyə bilərik ki, Azərbaycanın sözügedən vurusa qarşı həyata keçirdiyi siyasət çox uğurludur və bu təkcıə Azərbaycan xalqı tərəfindən deyil, eyni zamanda beynəlxalq ictimaiyyət tərəfindən də təqdir edilir. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus tərəfindən mart ayının 23-də Prezidentimizə ünvanladığı məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilmişdir. Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir. Prezident İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlər sayəsində bu gün koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələrdən söz açdıqda Azərbaycanın adı birincilər cərgəsində gəlir. Eləcə də, effektiv nəticələrə görə Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə beynəlxalq səviyyədə təqdir olunur. Azərbaycan Prezidentinin yaranmış vəziyyətin sosial-iqtisadi sferaya çətinlik yaratmaması ilə bağlı verdiyi qərarlar da Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən təqdir olunur. Yeri gəlmişkən qeyd olunmalıdır ki, Avropa İttifaqının rəsmisinin Zirvə görüşündə iştirakı və çıxışı Qoşulmama Hərəkatının tarixində ilk dəfə baş vermiş hadisədir. Qeyd olunmalıdır ki, məhz Azərbaycan daim bir-biri ilə əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını koronavirus təhlükəsi zamanı bir araya gətirməyə müvəffəq olmuşdur. Sadalanan faktlar Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın dünya miqyasında nüfuzunu daim artdığının göstəricisidir. Bu uğurların davamlı olacağı heç kəsdə şübhə doğurmur.

450 küçədə dezinfeksiya işləri aparıldı

Rafael Mehrəliyev: Dünyada koronavirusa qarşı mübarizədə Azərbaycanın adı birincilər cərgəsində gəlir


Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxdakı əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşının köməyi ilə artıq 5-ci dəfə əlavə gücləndirilmiş dezindeksiya işləri həyata keçirilib. Bu işlərdə Daxili İşlər Nazirliyinin 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələri də iştirak etmişdir.
Bu genişmiqyaslı tibbi dezindeksiya işləri zamanı şəhər mərkəzi və paytaxtın kənar rayonların 450-dən çox küçəsi xüsusi kimyəvi maddələrlə dezinfeksiya edilmişdir.
Görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq davam etdiriləcəkdir.

Rafael Mehrəliyev: Dünyada koronavirusa qarşı mübarizədə Azərbaycanın adı birincilər cərgəsində gəlirRafael Mehrəliyev: Dünyada koronavirusa qarşı mübarizədə Azərbaycanın adı birincilər cərgəsində gəlir
Rafael Mehrəliyev: Dünyada koronavirusa qarşı mübarizədə Azərbaycanın adı birincilər cərgəsində gəlir


Paytaxt küçələrində daha bir gücləndirilmiş dezinfeksiya işləri aparılıb

Rafael Mehrəliyev: Dünyada koronavirusa qarşı mübarizədə Azərbaycanın adı birincilər cərgəsində gəlir


Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda koronovirus (COVID-19) pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədi ilə Bakı şəhərinin bütün rayonlarında xüsusi gücləndirilmiş kompleks tədbirlər davam etdirilir.
Nazirlər Kabineti yanında Xüsusi Qərargahın müvafiq qərarına əsasən, Bakı şəhəri də daxil olmaqla ölkənin beş şəhər və bir rayonunda 2 gün ərzində sərt karantin rejimi tədbiq olunduğu və paytaxt sakinlərinin bu günlər ərzində evlərində olacaqları nəzərə alınaraq Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən iyun ayının 7-də səhər saatlarından etibarən paytaxdakı əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə artıq 5-ci dəfə əlavə gücləndirilmiş dezindeksiya işləri həyata keçirilib. Əməkdaşlar tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında tibbi-profilaktik işlər aparılıb.
Avropanın heç bir ölkəsində Bakı şəhərində aparılan bu genişmiqyaslı dezinfeksiya tədbirləri səviyyəsində işlər görülməyib. Böyük maliyyə vəsaiti tələb edən tibbi-profilaktiki işlər ölkə rəhbərliyinin xüsusi diqqəti nəticəsində mümkün olmuşdur.
Mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küşələrdə də dezinfeksiya işləri aparılıb. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri bir gün əvvəl KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər.
Raytaxt küçələrində sərt karantin rejiminə nəzarəti həyata keçirən Daxili İşlər Nazirliyinin şəxsi heyəti həm də 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə keçirilən növbəti genişmiqyaslı dezinfeksiya işlərində fəal iştirak etmişlər.
Bununla yanaşı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları təsdiq edilmiş qrafikə uyğunlaraq departamentin balansında olan yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdirirlər.
Paytaxtda tibbi-profilaktik və dezinfeksiya işləri gündəlik olaraq gücləndirilmiş qaydada davam etdiriləcəkdir.

Rafael Mehrəliyev: Dünyada koronavirusa qarşı mübarizədə Azərbaycanın adı birincilər cərgəsində gəlirRafael Mehrəliyev: Dünyada koronavirusa qarşı mübarizədə Azərbaycanın adı birincilər cərgəsində gəlirRafael Mehrəliyev: Dünyada koronavirusa qarşı mübarizədə Azərbaycanın adı birincilər cərgəsində gəlirRafael Mehrəliyev: Dünyada koronavirusa qarşı mübarizədə Azərbaycanın adı birincilər cərgəsində gəlirRafael Mehrəliyev: Dünyada koronavirusa qarşı mübarizədə Azərbaycanın adı birincilər cərgəsində gəlir
Rafael Mehrəliyev: Dünyada koronavirusa qarşı mübarizədə Azərbaycanın adı birincilər cərgəsində gəlir


Paytaxtın kənar küçələrində də abadlıq-yenidənqurma işləri aparılır

Rafael Mehrəliyev: Dünyada koronavirusa qarşı mübarizədə Azərbaycanın adı birincilər cərgəsində gəlir


Ölkə başçısı cənab İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıqlarına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətləri tərəfindən paytaxtın mərkəzi hissəsi ilə yanaşı şəhərin kənar ərazilərində, ikinci və üçüncü dərəcəli küçələrin də əsaslı təmir və yenidənqurulması aparılır. Artıq Xətai rayonu Məhəmməd Hadi küçəsində bu işlər başa çatdırılmışdır. Hazırda yeni, müasir layihə əsasında Nizami rayonu Qara Qarayev prospektində təmir-yenidənqurma işləri həyata keçirilir. Küçə boyunca yerləşən yaşayış binaları və digər tikintilərin fasadları şəhərsalma və memarlıq tələblərinə uyğun qaydada əsaslı təmir olunur, binalara müasir görkəm verilir, küçələr yenidən qurulur, küçələrə və səkilərə asfalt salınır, avtomobillərin maneəsiz hərəkətinin təmin eilməsi üçün müasir yol infrasrastrukturu yaradılır.
Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərinin rəyinə əsasən binaların qarşısında və yanında vətəndaşların sərbəst keçidinə mane olan və təhlükə yaradan əlavə tikililər sökülür. Binaların birinci mərtəbəsində yerləşən mağaza, ictimai-iaşə obyektlərinin qarşısınin da müasir dizaynla yenidənqurulması aparılır. Yenidənqurma işlərində sahibkarlar da yaxından iştirak edərək, öz obyektlərinin daha yeni görünüş almasına çalışırlar.
Eyni zamanda küçə kənarında yeni yaşıllıqlar, qazon örtüyü salınır və yeni ağaclar əkilir. Yaçıllıqlara qulluq göstərilməsi üçün suvarma sistemi yaradılıb. Küçədə səki və keçidlərə dekorativ daş döşənir, küçə boyunca yeni müasir işıqlandırma sistemi qurulur, bir neçə yerdə yeni oturacaqlar, həmçinin idman qurğuları quraşdırılıb.
Artıq bu küçədə aparılan abadlıq-quruculuq işlərinin sürəti daha da artırılmışdır.

Rafael Mehrəliyev: Dünyada koronavirusa qarşı mübarizədə Azərbaycanın adı birincilər cərgəsində gəlirRafael Mehrəliyev: Dünyada koronavirusa qarşı mübarizədə Azərbaycanın adı birincilər cərgəsində gəlirRafael Mehrəliyev: Dünyada koronavirusa qarşı mübarizədə Azərbaycanın adı birincilər cərgəsində gəlirRafael Mehrəliyev: Dünyada koronavirusa qarşı mübarizədə Azərbaycanın adı birincilər cərgəsində gəlirRafael Mehrəliyev: Dünyada koronavirusa qarşı mübarizədə Azərbaycanın adı birincilər cərgəsində gəlir


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi