xezerpress.az
xezerpress.az

Pandemiya dövründə Azərbaycan polisi - Onlar koronavirusla mübarizədə böyük fədakarlıq göstərdi - Elnur Mehdiyev

242 dəfə baxılıb 23-06-2020, 12:01

Pandemiya dövründə Azərbaycan polisi - Onlar koronavirusla mübarizədə böyük fədakarlıq göstərdi - Elnur Mehdiyev




Yevlax şəhər polis şöbəsinin rəisi polis polkovniki Elnur Mehdiyev - Dünyanın 200-dən çox ölkəsində yayılmış yeni növ koronavirus (COVID-19) infeksiyası bir çox dövlətin ciddi sosial-iqtisadi və səhiyyə problemləri ilə qarşı-qarşıya qalmasını şərtləndirib. Diqqət etsək, görərik ki, pandemiya ilə mübarizə strategiyasını düzgün müəyyənləşdirən dövlətlər minimum itkiyə məruz qalıblar, vətəndaşların rifahı və sağlamlığının qorunmasına mümkün qədər nail olmağı bacarıblar.

Azərbaycanın pandemiya ilə mübarizə təcrübəsi cəlbedici nümunə kimi diqqət mərkəzində...

Bu kontekstdə Azərbaycan təcrübəsi də cəlbedici nümunə kimi diqqət mərkəzindədir. Koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycan önləyici tədbirlər almaqla çox nümunəvi bir təcrübə əldə etməyi bacarıb, dünyanın bir sıra inkişaf etmiş ölkələri ilə müqayisədə Azərbaycanda daha ciddi uğurlar əldə olunub və ölkəmiz bu virusun yayılmasının total xarakter almasının qarşısını ala bilib.

Ümumiyyətlə, ölkəmizdə pandemiya şəraitində istər əhalinin sağlamlığının qorunması, istərsə də sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər həm vətəndaşlar tərəfindən, həm də beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatının saytında qurumun missiyasının Azərbaycana səfəri barədə yer almış məlumatda da ölkəmizdə koronavirusun yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər, ÜST-lə əməkdaşlıq təqdir olunub. Təşkilatın ekspertləri qeyd ediblər ki, Azərbaycan hazırkı qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən dövlətlərdən biridir.

Bənd-bənd yazdıqlarım Azərbaycan polisi haqqında çoxlarının son 4 ayda düşüncələrini əks etdirir. Və mən düşündüm ki, polisə olan mənəvi borcumu bu yazıyla ödəyim.

Gəlin, biz də polislərimizi qoruyaq! - Polislərimiz gücləndirlmiş iş rejimində işləyir

Polislərimizin əməyini necə qiymətləndiririk?! Vətəndaşlar koronavirusla mübarizədə görülən işlərdən razıdırlar

Bu günlərdə soyuqda, küləkdə, yağışda küçələrdə növbə çəkən və bizlərin təhlükəsizliyini qoruyan minlərlə polisimizi görürük

Hər gün mətbuatda, televiziya kanallarında koronavirusla müharibədə ön cərgədə, səngərdə dayanan həkimlərimiz və polislərimizlə bağlı neçə-neçə yazıları oxuyur, sujetlərə baxır və qürur duyuruq.

ALLAH Qarabağda erməni ilə üz-üzə dayanan əzgərlərimizi, ölkəmizdə koronavirusla mübarizədə öndə olan həkimlərimizi və polisimizi qorusun! ALLAH xalqımızı və bəşəriyyətimizi bu bəladan qorusun!


Elnur Mehdiyev cənab nazir Vilayət Eyvazovun rəhbərliyi altında dövlətimizə və xalqımıza sədaqət nümunəsidir!

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Yevlax rayon Polis Şöbəsinin rəisi Elnur Mehdiyevdir.

Yevlax rayon Polis Şöbəsinin rəisi Elnur Mehdiyev vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və Azərbaycan Respublikasının daxili işlər naziri, polis general-leytenantı Cənab Vilayət Eyvazovun etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Hər bir sahədə çalışanların fəaliyyətinə münasibətdə Yevlax rayon Polis Şöbəsinin rəisi Elnur Mehdiyev yalnız qanuna, ədalətə və şəffaflığa əsaslanır. Tam məsuliyyətimizlə deyirik ki, Yevlaxda kiminsə haqqına toxunmaq kiminsə düşüncəsində belə özünə yer tapa bilməz. Bunun nəticəsidir ki, uzun illər durğun vəziyyətdə olan Yevlax da yeni inkişaf dövrünü yaşayır. Rayon sakinləri problemlərinin həllində həmişə dəstək görürlər.

Elnur Mehdiyev Azərbaycan Respublikasının daxili işlər naziri, polis general-leytenantı Cənab Vilayət Eyvazov kimi Ulu Öndər Heydər Əliyevə dəyər verməkdən zövq alır!

Elnur Mehdiyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Elnur Mehdiyev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Azərbaycan Respublikasının daxili işlər naziri, polis general-leytenantı Cənab Vilayət Eyvazovdan nümunə götürən Elnur Mehdiyevin böyüklüyü onun sadəliyində, Prezident İlham Əliyev siyasətinə və insanlara insani münasibətindədi!

Elnur Mehdiyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Elnur Mehdiyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Yevlax rayon Polis Şöbəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün postlarda Elnur Mehdiyev özünü doğruldub. Bizdə hörmətli Elnur Mehdiyevi Cənab nazir Vilayət Eyvazovun rəhbərliyi altında dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar diləyirik.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi