xezerpress.az
xezerpress.az

11 saylı Cəzaçəkmə Müəssisəsində insana qayğı əsas prioritetdir

108 dəfə baxılıb 29-07-2020, 12:19

11 saylı Cəzaçəkmə Müəssisəsində insana qayğı əsas prioritetdir


11 saylı cəza çəkmə müəssisəsinin rəisi ədliyyə polkovniki cənab Vəli Şirinov - Sizi dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm.

Öz demokratizmi, humanizmi və bəşəri idealları ilə dünya sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən islam dini xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynamış, mütərəqqi islami dəyərlər və ənənələr Azərbaycanda həmişə uca tutulmuşdur.

Qurban bayramı islamın bir din kimi tamamlanması və mənəvi-əxlaqi qurtuluş yolu olaraq insanlara bəxş edilməsi ilə əlamətdardır. Bu mübarək gündə müsəlmanlar ALLAHA yaxınlığın, ilahi dəyərlərə bağlılığın sevinc və fərəhini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər. Hər il ölkəmizdə böyük təntənə ilə keçirilən Qurban mərasimləri cəmiyyətimizdə bərabərlik və dözümlülük ovqatını daha da gücləndirir, milli-mənəvi həmrəyliyin, humanizm və qardaşlığın, xeyirxahlıq və mərhəmət duyğularının parlaq təcəssümünə çevrilir.

Bu günlər xalqımızın və dövlətimizin əmin-amanlığı və rifahı naminə etdiyiniz duaların, kəsdiyiniz qurbanların ALLAH dərgahında qəbul olunması arzusu ilə bir daha hər birinizə, dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza səmimi təbriklərimi yetirirəm. Qoy bu nurlu bayram ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət gətirsin.

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Vəli Şirinovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, 11 saylı cəza çəkmə müəssisəsinin rəisi ədliyyə polkovniki cənab Vəli Şirinovdur.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin bütün müəssisələrində olduğu kimi 11 saylı Cəzaçəkmə Müəssisəsində də insana, vətəndaşa olan qayğı əsas prioritetdir. Müəssisədə məhkumların asudə və istirahət vaxtlarıda səmərəli təşkil edilir. Eyni zamanda müəssisədə tibbi göstəricilərdə yüksək səviyyədə olmaqla, uğurlu nailiyyətləridə təmin edir. Məhkumlara vaxtlı vaxtında göstərilən tibbi xidmət nəticəsində onların arasında xəstəliklərin yayılmasının qarşısını alır və sağlamlıqlarını qoruyur. Bütün bu məqsədyönlü işlərə, tədbirlərə isə müəssisənin rəisi Penitensiar Xidmətin təcrübəli kadrlarından olan Ədliyyə polkovniki cənab Vəli Şirinov tərəfindən ciddi nəzarət edilir.

11 saylı cəza çəkmə müəssisəsinin rəisi ədliyyə polkovniki cənab Vəli Şirinov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Vəli Şirinov bu işin müqəddəsliyini qoruyub saxlayır. Vəli Şirinov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Vəli Şirinovdan danışdılar yaxşı ki, Vəli Şirinov 11 saylı cəza çəkmə müəssisəsinin rəisi təyin olunub… Vəli Şirinov öz isguzarlığı ilə tanınır və seçilir….

Vəli Şirinov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

11 saylı cəza çəkmə müəssisəsinin rəisi ədliyyə polkovniki cənab Vəli Şirinov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun 11 saylı cəza çəkmə müəssisəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Vəli Şirinov özünü doğruldub. Bizdə hörmətli Vəli Şirinovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Bütün bu dediklərimiz yazdıqlarımız bir daha sübut edir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin bütün müəssisələrində olduğu kimi 11 saylı Cəzaçəkmə Müəssisəsində də insana və vətəndaşa olan qayğı əsas prioritetdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi