xezerpress.az
xezerpress.az

Səkinə Cənnətova bir kimsəni “priznavat etmir”- ŞOK FAKTLAR

109 dəfə baxılıb 30-07-2020, 11:25

Səkinə Cənnətova bir kimsəni “priznavat etmir”- ŞOK FAKTLAR


Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasının rüşvətxorluq yuvasına çevrilməsi, deyəsən baş həkim vəzifəsini daşıyan Səkinə Cənnətovanın o böyük Allah-Təaladan da qorxusunun olmadığını bir daha subuta yetirməkdədir. Çünki, bugünkü vəzifəsinin imkanlarından sui-istifadə edən Səkinə xanım, hal-hazırda özü üçün əməlli-başlıca var-dövlət qazanmaqla məşğul olur. Gəncədəki mənbəmizin çatdırdığı məlumatlarda bildirlir ki, bölgədə “rüşvətxor baş həkim” adı ilə məşhur olan Səkinə Cənnətova, uzun illər ərzində əldə etdiyi külli miqdarda var-dövlətin müqabilində, bu gün Gəncənin ən imkanlı şəxslərindən biri hesab olunur. Təəccüb doğuran haldır ki, aldığı rüşvətin müqabilində kasıb, məzlum insanlara heç bir halda rəhm etməyən, bənzəri olmayan cinayət əməllərinə qol qoyan xanım Cənnətova, görəsən bu gedişlə hara gedir və hara qədər də gedə biləcək? Və onun çoxsaylı çirkin əməllərindən Gəncə şəhər Səhiyyə İdarəsi rəisinin xəbəri varmı?

Onu da qeyd edək ki, hər kəs tibbi təhsil alıb səhiyyəmizin müxtəlif sahələrində əmək fəaliyyətinə başlayarkən, ilk əvvəl “Hippokrat andı”na and içir və “mən bu sahədə vicdanla, qanunun irəli sürdüyü tələblər əsasında çalışacağam” deyib, bu yöndə vədini verir. Deyəsən Səkinə xanım “Hippokrat andı”na yalnız and içdiyi gün əməl etmək haqqında üzərinə öhdəlik götürür. Çünki, bu gün o, xəstələrə qənim kəsilir, and içdiyi “Hippokrat andı”na sədaqətsizliyini açıq-aşkar şəkildə nümayiş etdirir və daşıdığı vəzifəsini yerinə yetirərkən, sanki “cəllad rolu”nu oynayır. Elə ki, baş həkimin qol qoyduğu çoxsaylı qanunsuzluqlarla bağlı redaksiyamıza məlumatlar daxil olur və həmin məlumatları əsas tutub ona bir neçə sual ünvanlayırıq, o halda xanım Cənnətovanın cavabı belə olur: “Bilirsiniz, mən bir kimsədən qorxmuram, heç də ehtiyat etmirəm. Çünki, qohum-əqrəbalarımın çoxu hüquq-mühafizə orqanlarında, ələlxüsus DİN-nin strukturlarında çalışırlar. Hansı jurnalist mənə zəng edib hansısa problemi araşdırmaq istəyirsə, o halda həmin jurnalistin nömrəsini daxili işlər orqanlarında çalışan qohumlarıma verirəm. Onlar da həmin jurnalistə zəng edib, onu susdurmağı bacarırlar”. Maraqlıdır ki, o, bu qədər güçü hansı “daydayı”sından alır ki, nə bir kimsədən çəkinir, nə də ki, ehtiyat edir? Bundan əlavə, görəsən baş həkimin daxili işlər orqanlarında çalışan qohum-əqrəbaları xalqa-dövlətə xidmət etməlidirlər, qanunun aliliyini qorumağa çalışmalıdırlar, yoxsa bir səhiyyə müəssisəsini “ bataqlığa çevirən” şəxsin müdafiəsində durmalıdırlar? Bax budur bizi düşündürən halın varlığı!

Digər tərəfdən, görəsən Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasının baş həkimi Səkinə Cənnətovanın, hər cür çirkin işlərlə bağlı olduğu bildirilən əməllərindən səhiyyə naziri cənab Oqtay Şirəliyevin, baş prokuror cənab Kamran Əliyevin, daxili işlər naziri cənab Vilayət Eyvazovun və digər vəzifə sahiblərinin xəbərləri varmı? Elə ki, xanım Cənnətovaya yaşananlarla bağlı aidiyyəti qurumlara şikayət edəcəyimizi bildiririk, o halda onun “yek cavab”ı o olur ki, “onsuz da şikayətinizə baxan olmayacaq. Çünki, var məndə, pul məndə” deyib, o, hər dəfə özündən razı halda danışmağı bacarır.

Bütün bunlar Gəncə şəhərindəki 1 nömrəli şəhər xəstəxanada yaşanan və hər gün böyük faciələrə yollar açan vəziyyətin varlığıdır. İnanırıq ki, mənbəmizin verdiyi məlumatlar əsasında işıq üzü görən belə bir açıqlamadan sonra, Səhiyyə Nazirliyinin səlahiyyətliləri adı çəkilən bu tibb müəssisəsi ilə bağlı lazımi addımlarını atıb müəyyən tədbirlərini görəcəklər.

Problemlərin varlığını diqqətdə saxlayacağıq.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi