xezerpress.az
xezerpress.az

Gəncədə baş həkim ŞİH-də saya salmır- ŞOK FAKT

45 520 dəfə baxılıb 10-08-2020, 11:15

Gəncədə baş həkim ŞİH-də saya salmır- ŞOK FAKT


Bir neçə gün bundan öncə Səkinə xanım Cənnətovanın rəhbərlik etdiyi Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxananın rüşvətxorluq yuvasına çevrilməsi, bu səhiyyə müəssisəsində hər cür hoqqalara qol qoyulması və s. kimi xoşagəlməz halların varlığından bəhs etdik və müəyyən açıqlmaları yayıb geniş ictimaiyyəti bu yöndə məlumatlandırdıq. Məsələnin təəəccüb doğuran tərəfi odur ki, baş verənlərlə bağlı adı çəkilən səhiyyə müəssisəsinin rəhbərliyinə sual ünvanladıqda qarşı tərəf susmağa üstünlük verir və çox zaman “mən koronavirusa yoluxmuşam, ona görə də işə çıxmıram” deməklə, açıq-aşkar şəkildə mətləbdən yayınmağı bacarır. Elə ki, bu yöndə müəyyən araşdırmalar aparırıq, o halda bəlli olur ki, baş həkimin danışdıqları cəfəngiyatdır. Yəni, o, gündəlik vəzifəsinin icraasını yerinə yetirir. Bu cür cavabları verməklə baş həkim Səkinə xanım Cənnətova, birbaşa KİV haqqında Qanunun müvafiq maddələrinin tələblərini tapdaqlar altına atır və bu cür mövqe də ortaya qoymağı bacarır.

Diqqəti cəlb edən hal odur ki, baş həkimin belə bir qanundankənar davranışı ilə bağlı Gəncə şəhər İcra Hakimiyyətini və Gəncə şəhər Səhiyyə İdarəsinin rəhbərliyini məlumatlandırdıqda, hər iki qurum rəsmiləri Səkinə xanımın ünvanlanan suallara cavab verməli olduğunu qeyd edirlər. Adı çəkilən vəzifə sahibi isə, hələ ki, inadından dönmür ki, dönmür. O halda sual oluna bilər ki, görəsən baş həkimi vadar edən səbəb nədir ki, o, ünvanladığımız sualları cavablandırmaq əvəzinə minbir rola girir və mətləbdən yayınmağı da bacarır.

Onu da vurğulayaq ki, Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanası dövlət səhiyyə müəssisəsi olsa da, burada qiymətlər “kəllə-çarxa” çıxır. Yəni, vəziyyətin belə bir hal almasına əsas səbəb, Səkinə xanım Cənnətovanın müəyyən etdiyi idarəçiliyin mahiyyətidir. Belə ki, xəstəxana daxili mənbədən sızan məlumatlara görə, bu gün baş həkim atılan hər bir addımın “haqq-hesab”ını müəyyən edib. Belə bir səbəb üzündən də, bu müəssisədə çalışan həkimlərdən kimsə nəyisə “burcuda bilməz”.

Ümumiyyətlə, hal-hazırda Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında yaşanan bu cür iyrənc halların varlığı onu sübut edir ki, Səkinə xanımın baş həkim olduğu bu səhiyyə müəssisəsi, Gəncə şəhərində daha çox rüşvətə, korrupsiyaya yoluxmuş səhiyyə müəssisəsidir.

P.S. Hörmətli oxucular! Çox yaxın günlərdə adı çəkilən bu səhiyyə müəssisəsi ilə bağlı əldə olunacaq çəkilişi, həmçinin bu ünvanda baş verən “tükürpədici” addımları, hər cür qanunsuzluq hallarının varlığını çoxsaylı oxucuların diqqətinə çatdırmağa çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi