xezerpress.az
xezerpress.az

Rafael Mehrəliyev: Paytaxtın kommunal xidmətləri üçün yeni texnikalar alınıb

15 630 dəfə baxılıb 26-01-2021, 09:59

Rafael Mehrəliyev: Paytaxtın kommunal xidmətləri üçün yeni texnikalar alınıb


Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rafael Mehrəliyevdir.

Paytaxtda təmizliklə bağlı iməclik keçirildi

Rafael Mehrəliyev: Paytaxtın kommunal xidmətləri üçün yeni texnikalar alınıb


Bakı şəhərinə yağan ilk qardan sonra paytaxtın kommunal və digər qurumları tərəfindən Bakı şəhərində payız-qış mövsümünə hazırlıq tədbirləri planına uyğun operativ tədbirlər həyata keçirilib. Qar yağmış ərazilərdəki prospekt, küçə və yollar xüsusi təyinatlı avtonəqliyyat vasitələri və kommunal xidmət əməkdaşları tərəfindən təmizlənib, qarın çox yağdığı ərazilərə duz səpilib.
Ötən gün ərzində paytaxtın kommunal xidmətləri tərəfindən şəhərdə qardan təmizlənən ərazilərdə təmizlik işlərinin həyata keçirilib. Ərazinin genişliyi nəzərə alınaraq yanvarın 23-ü Bakı şəhərində paytaxtın bütün kommunal və digər qurumlarınıniştirakı ilə daxili iməclik təşkil edilmişdir.
İlk növbədə əsas küçə və prospektlərə baxan mağaza, ictimai iaşə və digər obyektlərin fasadları, vitrinləri yuyulub, qarşısı təmizlənib. Kommunal xidmətlərin avtonəqliyyat vasitələri və əməkdaşları tərəfindən prospekt və küçələrin, səkilərin kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı müxtəlif məhəccərlərin yuyulması, yol kənarlarına yığılan çirkabların təmizlənməsi həyata keçirilib.
İməclik günü Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları və texnikası yol kənarlarındakı yaşıllıq zolaqlarını yuyaraq təmizləmiş, sınmış ağacları budamış, digər lazımı işlər həyata keçirilmişlər.
Qeyd edilmişdir ki, ölkə başçısınin diqqət və qayğısı nəticəsində paytaxtın kommunal xidmətləri üçün lazımı xüsusi təyinatlı texnika və avadanlıq alınmışdır. Bu da onların gündəlik işinə böyük köməkdir.
Gün ərzində keçirilən iməclik paytaxtın bütün rayonlarında təşkil edilib və şəhərin təmizliyinin lazımı səviyyədə saxlanılması üçün bütün tədbirlər davam etdiriləcəkdir.

Rafael Mehrəliyev: Paytaxtın kommunal xidmətləri üçün yeni texnikalar alınıbRafael Mehrəliyev: Paytaxtın kommunal xidmətləri üçün yeni texnikalar alınıbRafael Mehrəliyev: Paytaxtın kommunal xidmətləri üçün yeni texnikalar alınıbRafael Mehrəliyev: Paytaxtın kommunal xidmətləri üçün yeni texnikalar alınıbRafael Mehrəliyev: Paytaxtın kommunal xidmətləri üçün yeni texnikalar alınıb
Rafael Mehrəliyev: Paytaxtın kommunal xidmətləri üçün yeni texnikalar alınıb


Paytaxtın kommunal xidmətləri üçün yeni texnikalar alınıb

Rafael Mehrəliyev: Paytaxtın kommunal xidmətləri üçün yeni texnikalar alınıb


Ölkə başçısı İlham Əliyevin şəhər təsərrüfatı və kommunal xidmətlərin işinin daha da təkmilləşdirilməsi, bu istiqamətdə həyata keçirilən işlərin yeni səviyyəyə çatırılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti qarşısında qoyduğu tapşırıqlar uğurla icra edilir. Bu işlər çərçivəsində paytaxt sakinlərinə göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədi ilə Prezidentin ayırdığı maliyyə vəsaiti hesabına ötən il Bakı şəhər kommunat təsərrüfatı xidmətləri üçün müasir tələblərə tam cavab verən Almaniya istehsalı olan kommunal təyinatlı yeni avtonəqliyyat vasitələri və mexanizmlər alınıb və bu il də bu işlər davam etdirilir.
Ölkəmizin müharibə şəraitində olmasına və koronavirus pandemiyası ilə mübarizə tədbirərinin genişləndirilməsinə baxmayaraq ümumilikdə bu il alınması nəzərdə tutulan xüsusi təyinaylı avto nəqliyyat vasitələrinin 16-ı noyabr ayında Bakıya gətirılib və onların istismarına başlanılıb. Bu gün isə daha 10 ədəd kommunal təyinatlı avto texnika Bakıya gətirilib.
Yeni texnikaların tətbiqi kommunal xidmətlərin mövcud avtoparkınin yeniləşməsinə və əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin daha da yüksəldilməsinə səbəb olacaqdır. Texnika sayının artırılması şəhərin müxtəlif rayonlarında məişət tulantılarının vaxtında daşınması və şəhərin ekoloji durumunun yaxşılaşdırılmasına müsbət təsir göstərəcəkdir.
Bakı Şəhər Mənzil Kommunal Təsəttüfatı Departamentinin Avtonəqliyyat qarajında təşkil olunmuş təqdimat mərasimində yeni gətirilmiş xüsusi təyinatlı avtonəqliyyat vasıtələri və mexanizmlər, onların texniki göstəriciləri barədə ətraflı məlumat verildi. Bildirildi ki, müxtəlif həcmli və təyinatlı bu texnikalar həm də Bakı şəhərində Böyük Britaniyanın Mott MacDonald şirkətinin iştirakı ilə həyata keçirilən bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinin paytaxtın digər rayonlarında da tətbiq edilməsi işlərində böyük kömək olacaqdır. Yeni, müasir texnikaların tətbiqi şəhərimizin sanitar təmizlıyinin yüksəlməsinə, ətraf mühitin və sağlamlığınızın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına böyük təsir göstərərək Bakı şəhərinin dünyanın ən gözəl şəhərlərindən biri olmasına yardımçı olacaqdır.

Rafael Mehrəliyev: Paytaxtın kommunal xidmətləri üçün yeni texnikalar alınıbRafael Mehrəliyev: Paytaxtın kommunal xidmətləri üçün yeni texnikalar alınıbRafael Mehrəliyev: Paytaxtın kommunal xidmətləri üçün yeni texnikalar alınıbRafael Mehrəliyev: Paytaxtın kommunal xidmətləri üçün yeni texnikalar alınıbRafael Mehrəliyev: Paytaxtın kommunal xidmətləri üçün yeni texnikalar alınıbRafael Mehrəliyev: Paytaxtın kommunal xidmətləri üçün yeni texnikalar alınıbRafael Mehrəliyev: Paytaxtın kommunal xidmətləri üçün yeni texnikalar alınıbRafael Mehrəliyev: Paytaxtın kommunal xidmətləri üçün yeni texnikalar alınıb
Rafael Mehrəliyev: Paytaxtın kommunal xidmətləri üçün yeni texnikalar alınıb


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi