xezerpress.az
xezerpress.az

İlham Əliyev OPEC-in baş katibinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib — FOTO + YENİLƏNİB

78 dəfə baxılıb 18-03-2018, 13:12

İlham Əliyev OPEC-in baş katibinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib — FOTO + YENİLƏNİB















Azərbaycan Prezidenti İlham Əliyev martın 18-də Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
OPEC-in baş katibi Məhəmməd Barkindo səfərə dəvətə görə minnətdarlığını bildirdi və Azərbaycan Respublikasının Prezidenti ilə görüşündən məmnunluğunu ifadə edib. Prezident İlham Əliyev Məhəmməd Barkindo ilə Davosda görüşünü məmnunluqla xatırlayaraq qeyd edib ki, OPEC-in baş katibinin dünyada ilk dəfə neftin hasil olunduğu Azərbaycana səfəri böyük önəm daşıyır.

Məhəmməd Barkindo xoş sözlərə görə minnətdarlığını bildirərək Azərbaycanın neft sənayesinin beşiyi olduğunu vurğulayıb və deyib ki, hər bir neftçi gəlib öz gözləri ilə Bakını görməlidir.

Dövlətimizin başçısı İlham Əliyev Məhəmməd Barkindonun səfərinin Azərbaycanın tarixi yerləri və müasir inkişafı ilə tanış olmaq üçün yaxşı imkan yaratdığını deyib.

Prezident İlham Əliyev Azərbaycan ilə OPEC arasında əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib və ölkəmizin hasilatla bağlı üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirdiyini vurğulayıb. Dövlət başçısı neftin qiymətinin sabit saxlanması istiqamətində Məhəmməd Barkindonun və OPEC-in səmərəli, həmçinin koordinə edilmiş səylərini yüksək qiymətləndirib, bunu, eyni zamanda, birgə fəaliyyətin yaxşı nəticəsi kimi dəyərləndirib.
Məhəmməd Barkindo OPEC və qeyri-OPEC üzvlərinin bir araya gəlməsində Prezident İlham Əliyevin rolunu xüsusi qeyd edib, Azərbaycanın OPEC və qeyri-OPEC üzvlərinin əməkdaşlığı üzrə bəyanatın formalaşmasına gətirib çıxaran yüksək səviyyəli texniki komitəyə həmsədrliyini yüksək qiymətləndirib. Ölkəmizin üzərinə düşən bütün öhdəlikləri tam şəkildə yerinə yetirdiyini deyən qonaq bunun Azərbaycanın bu razılaşmaya nə dərəcə sadiq qaldığının göstəricisi olduğunu bildirib. Qeyd edib ki, bu, təkcə neft hasil edən yox, hətta istehlakçı ölkələrin marağındadır. Bu işin nəticələrini artıq neft sənayesində və dünya bazarlarında görmək mümkündür.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Sonda xatirə şəkli çəkilib.


OXŞAR XƏBƏRLƏR
FOTO+VİDEO
[/aviable]
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi