Absheron Media

Şirzad Əsgərov dövlətçiliyə sadiq insandır - ÖZƏL

Tarix:31-07-2018, 16:27
Baxış Sayı:2 095

Şirzad Əsgərov dövlətçiliyə sadiq insandır - ÖZƏL















Şirzad Əsgərov cənab nazir Ramil Usubovun rəhbərliyi altında dövlətimizə və xalqımıza sədaqət nümunəsidir!

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Tovuz rayon Polis Şöbəsinin rəisi Şirzad Əsgərovdur.

Tovuz rayon Polis Şöbəsinin rəisi Şirzad Əsgərov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və Azərbaycan Respublikasının daxili işlər naziri, polis general-polkovniki cənab Ramil Usubovun etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Hər bir sahədə çalışanların fəaliyyətinə münasibətdə Tovuz rayon Polis Şöbəsinin rəisi Şirzad Əsgərov yalnız qanuna, ədalətə və şəffaflığa əsaslanır. Tam məsuliyyətimizlə deyirik ki, Tovuzda kiminsə haqqına toxunmaq kiminsə düşüncəsində belə özünə yer tapa bilməz. Bunun nəticəsidir ki, uzun illər durğun vəziyyətdə olan Tovuz da yeni inkişaf dövrünü yaşayır. Rayon sakinləri problemlərinin həllində həmişə dəstək görürlər.


Şirzad Əsgərov böyük müəllimi və idealı olan Azərbaycan Respublikasının daxili işlər naziri, polis general-polkovniki cənab Ramil Usubov kimi Ulu Öndər Heydər Əliyevə dəyər verməkdən zövq alır!

Şirzad Əsgərov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Şirzad Əsgərov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Azərbaycan Respublikasının daxili işlər naziri Cənab Ramil Usubovdan nümunə götürən Şirzad Əsgərovun böyüklüyü onun sadəliyində, Prezident İlham Əliyev siyasətinə və insanlara insani münasibətindədi!

Şirzad Əsgərov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Şirzad Əsgərov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Tovuz rayon Polis Şöbəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün postlarda Şirzad Əsgərov özünü doğruldub. Bizdə hörmətli Şirzad Əsgərovu Cənab nazir Ramil Usubovun rəhbərliyi altında dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar diləyirik.

Toylara yenə icazə verilmədi — RƏSMİ QƏRAR
Toylara yenə icazə verilmədi — RƏSMİ QƏRAR
Azərbaycanda məhdudiyyətlər yumşaldılsa da karantin rejimi uzadıldı
Azərbaycanda məhdudiyyətlər yumşaldılsa da karantin rejimi uzadıldı
"Binə" və "Sədərək" ticarət mərkəzlərinin fəaliyyəti bərpa olunur — RƏSMİ
"Hansı rayonda koronavirus ocağı aşkarlansa, o rayonda karantin tətbiq edilə bilər" — RƏSMİ
Bu məkanlarda tibbi maskadan istifadə — MƏCBURİ OLDU
Bu məkanlarda tibbi maskadan istifadə — MƏCBURİ OLDU
“TariximİZ-Şərqin günəşi” onlayn forumu keçirildi
“TariximİZ-Şərqin günəşi” onlayn forumu keçirildi
Prezident fərman İMZALADI
Prezident fərman İMZALADI
Emin Həsənli: “Hər bir Azərbaycan vətəndaşı Ramil Səfərovu müdafiə etməlidir”
Emin Həsənli: “Hər bir Azərbaycan vətəndaşı Ramil Səfərovu müdafiə etməlidir”