xezerpress.az
xezerpress.az

Alkoqol genetikaya necə təsir edir?

47 dəfə baxılıb 2-02-2019, 13:24

Alkoqol genetikaya necə təsir edir?















ABŞ-ın Ratger və Yel universitetlərindən olan alimlər həddən artıq spirtli içki qəbulunun uzunmüddətli genetik dəyişikliklər əmələ gətirəcəyini, nəticədə alkoqola böyük meyilliliyin yaranacağını izah ediblər.

AZƏRTAC bildirir ki, müvafiq tədqiqat “Alcoholism: Clinical & Experimental Research” jurnalında dərc edilib.

Tədqiqatçılar diqqəti insanların davranışını tənzimləyən iki gen – PER2 və POMC üzərində cəmləşdiriblər. Bunlardan birincisi orqanizmin bioloji saatını, ikincisi isə stressə reaksiya verən sistemi tənzimləyir. Həkimlər, həmçinin üç insan qrupunu müqayisə ediblər: birinci qrupda alkoqolu az miqdarda, ikinci qrupda alkoqolu əhəmiyyətli dərəcədə qəbul edənlər, üçüncü qrupdakılar isə içki düşkünləri olub.

Eksperiment nəticəsində məlum olub ki, son iki halda genlərin metilləşmə adlanan modifikasiyası baş verib. Sərxoşluq və alkoqol da genlərin ekspressiyası prosesinə (genetik məlumatın DNT-dən ribonukleinli turşular vasitəsilə polipepdid və zülallara ötürülməsi) təsirini göstərir. Bundan başqa, alimlər sınaqların gedişində belə bir nəticəyə gəliblər ki, genetik dəyişikliklər böyük alkoqol meyilliliyinə aparır.

“Biz daha çox alkoqol qəbul edən insanların DNT-lərində dəyişikliklərin baş verə biləcəyini aşkarladıq. Bunlar daha çox spirtli içki qəbul etmək istəyini əmələ gətirir. Bu tədqiqat bizə alkoqolun niyə belə ciddi asılılıq yaratmasını izah etməyə, həmçinin alkoqolizmin müalicəsinin yeni üsullarını işləyib hazırlamağa kömək edəcək”, – deyə tədqiqatın müəlliflərindən biri professor Dipak K.Sarkar bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi