xezerpress.az
xezerpress.az

İki kişi və bir qadın döyülüb – Xəstəxanaya yerləşdiriblər

28 dəfə baxılıb 24-05-2019, 09:41

İki kişi və bir qadın döyülüb – Xəstəxanaya yerləşdiriblər


Bakının Nizami və Yasamal rayonunda döyülmə hadisəsi baş verib. Tovuzda isə gənc qadın qonşusu tərəfindən fiziki təzyiqə məruz qalıb.

Xəzər rayonunun Şüvəlan qəsəbəsində, Almaz İldırım küçəsində 41 yaşlı Qasımov Əlvan Elbrus oğlu tanıdığı şəxs tərəfındən döyülüb. Yaralı 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Məlumata görə, hadisə zamanı Ə.Qasımovun qabırğası sınıb.

Tovuz rayonunun Cəlilli kəndində 19 yaşlı qadın qonşu qadın tərəfindən döyülərək başından xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Yasamal rayonunda, “Nizami” metrostansiyasının yaxınlığında qeydə alınana hadisədə isə 1990-cı il təvəllüdlü Zəkiyev Fərid tanıdığı şəxslər tərəfindən döyülüb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona kəllə-bəyin travması diaqnozu qoyulub.

Hər üç faktla bağlı araşdırılmanın aparıldığı bildirilir.

Report


OXŞAR XƏBƏRLƏR
FOTO+VİDEO
[/aviable]
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi