xezerpress.az
xezerpress.az

Bakıda kişini seks kaseti ilə şantaj edənlərin MƏHKƏMƏSİ

18 dəfə baxılıb 20-06-2019, 11:48

Bakıda kişini seks kaseti ilə şantaj edənlərin MƏHKƏMƏSİ


Bakıda kişini intim foto və videoları ilə şantaj etməkdə təqsirli bilinən Samir Sahib oğlu, Zaur Əliyev, Elvin Zahidov, Fərid Qasımov və Yaqut Kərimovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Mahmud Ağalarovun icraatına verilib.

Qeyd edək ki, əvvəlcədən cinayət əlaqəsinə girən şəxslər paytaxt sakini Elvin Məmmədovu (ad və soyad şərtidir - red.) şantaj ediblər.Onlar Yaqut Kərimovanı zərərçəkmişlə intim əlaqəyə girməyə məcbur ediblər və bu mənzərəni videoya və fotoya çəkiblər.

Daha sonra dəstə üzvləri həmin video və fotoları yaymamaq üçün Elvin Məmmədovdan külli miqdarda pul tələb ediblər.
Pulu verə bilməyən zərərçəkmiş hüquq-mühafizə orqanlarına şikayət edib. Şikayət əsasında dəstə üzvləri həbs edilib.

İstintaq orqanı tərəfindən dəstə üzvləri barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci ( külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.


OXŞAR XƏBƏRLƏR
FOTO+VİDEO
[/aviable]
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi