xezerpress.az
xezerpress.az

İcra Hakimiyyətindən yağış açıqlaması: — “Sədərəy”ə su giribsə, biz nə edək?

17 dəfə baxılıb 9-08-2019, 14:24

İcra Hakimiyyətindən yağış açıqlaması: — “Sədərəy”ə su giribsə, biz nə edək?

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxta yağan intensiv yağışdan sonra yollarda, keçidlərdə hərəkətin iflic olması barədə iddialara münasibət bildirib.
BŞİH-in mətbuat xidmətindən "Ölkə.Az"a bildirilib ki, hazırda paytaxtda ciddi problem yoxdur:

“Bakıda yağışdan sonra ciddi bir problem qeydə alınmayıb. İndi “Sədərək” ticarət mərkəzinə su giribsə, biz nə edək? Texniki, təsərrüfat xidmətləri adi iş rejimində işləyirlər”.

Badamdarda sürüşmə ərazisindən 20-ci sahəyə düşən yolun bağlı olmasının səbəbinə gəlincə, İ.Kərimov bildirib ki, həmin ərazi çoxdan bağlıdır:
“Həmin yol sürüşmə ilə əlaqədar olaraq bir ilə yaxındır bağlıdır və bu yaxınlarda açılışı nəzərdə tutulmur”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən günün ikinci yarısından yağışın kəsiləcəyi bildirilib.


OXŞAR XƏBƏRLƏR
FOTO+VİDEO
[/aviable]
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi