xezerpress.az
xezerpress.az

Bakıda helikopter qəzaya uğradı: Pilot ağır xəsarət alıb

15 dəfə baxılıb 18-09-2019, 12:50

Bakıda helikopter qəzaya uğradı: Pilot ağır xəsarət alıb

Ötən həftə Bakıda vertolyot qəzası baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə Badamdar qəsəbəsində qeydə alınıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin yaxınlığında yerləşən “Naftalan” istirahət mərkəzinin üst tərəfində kiçik aerodromda qeydə alınan hadisə zamanı pilot ağır xəsarət alıb. Məlumatda bildirilir ki, təlim helikopteri bir neçə dəfə qalxıb enmə hərəkətləri edib. Sonuncu hərəkət zamanı helikopter idarəetmədən çıxaraq yanı üstə yerə çırpılıb. Nəticədə ağır qəza baş verib. Parça-parça olan helikopterin təxminən 5 tona yaxın yanacağı isə “Naftalan” istirahət mərkəzinin ərazisindən axaraq Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin qarşısındakı dairəyə qədər gəlib. Hadisə yerinə Fövqəladə Hallar və Müdafiə Nazirliyinin əməkdaşları gəlib. Helikopterin hansı nazirliyə aid olduğu barədə dəqiq məlumat yoxdur. Bildirilir ki, həmin aerodroma həm Fövqaladə Hallar, həm də Müdafiə Nazirliyinin helikopterləriı tez-tez eniş edir.

Xatırladaq ki, pilot helikopterdə təlim keçirmiş. Xoşbəxtlikdən helikopterin pəri yaxınlıqda olan yüksək gərginlikli elektrik xətlərinin yanında düşsə də ciddi problem yaratmayib.


OXŞAR XƏBƏRLƏR
MƏDƏNİYYƏT
FOTO+VİDEO
[/aviable]
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi