xezerpress.az
xezerpress.az

Bakıda daş karxanasında bədbəxt hadisə

7 dəfə baxılıb 9-10-2019, 12:44

Bakıda daş karxanasında bədbəxt hadisə

Bakının Suraxanı rayonunda daş karxanında ölüm hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, 1968-ci il təvəllüdlü Bayramov Yusif Hüseyn oğlu karxananın darvazası qarşısında müxtəlif dərəcəli bədən xəsarətləriylə aşkar edilib. Y.Bayramov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, Yusif Bayramov iri yük avtomaşınların giriş-çıxışı üçün nəzərdə tutulan darvazanı rəngələmək istəyərkən qapı onun baş və sifət hissəsinə dəyib.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi