Absheron Media

Sabah 36 dərəcə isti olacaq

Tarix:21-05-2020, 13:45
Baxış Sayı:11

Sabah 36 dərəcə isti olacaq


22 mayda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 24-28, Bakıda gecə 16-18, gündüz 26-28 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 31-36, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında temperaturun iqlim norması daxilində tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanda beş nəfərin ölümünə səbəb olan dəhşətli qəzanın görüntüləri — VİDEO
Azərbaycanda beş nəfərin ölümünə səbəb olan dəhşətli qəzanın görüntüləri — VİDEO
Azərbaycanda hərbçilərin öldüyü dəhşətli qəza ilə bağlı cinayət işi açıldı
Azərbaycanda hərbçilərin öldüyü dəhşətli qəza ilə bağlı cinayət işi açıldı
Azərbaycanda dəhşətli qəzada ölənlərin dördü hərbçi imiş — RƏSMİ + FOTO
Azərbaycanda dəhşətli qəzada ölənlərin dördü hərbçi imiş — RƏSMİ + FOTO
Ermənistan Azərbaycanı məhkəməyə verdi — SON DƏQİQƏ
Ermənistan Azərbaycanı məhkəməyə verdi — SON DƏQİQƏ
Bakıda karantin rejimi yenidən sərtləşdirilir? — AÇIQLAMA
Bakıda karantin rejimi yenidən sərtləşdirilir? — AÇIQLAMA
Azərbaycanda dəhşətli qəza: Beş nəfər öldü, yaralılar var
Azərbaycanda dəhşətli qəza: Beş nəfər öldü, yaralılar var
İlham Əliyev və Mehriban Əliyeva Pir Ömər Sultan ziyarətgahı ilə tanış olub — FOTO + YENİLƏNİB
İlham Əliyev və Mehriban Əliyeva Pir Ömər Sultan ziyarətgahı ilə tanış olub — FOTO + YENİLƏNİB
İlham Əliyev və Mehriban Əliyeva çoxmənzilli binalarda yaradılan şəraitlə tanış oldular — FOTO
İlham Əliyev və Mehriban Əliyeva çoxmənzilli binalarda yaradılan şəraitlə tanış oldular — FOTO