xezerpress.az
xezerpress.az

“Süni tənəffüs aparatına ehtiyacı olan xəstələrin sayı artır” — Komitə sədrindən həyəcan təbili

11 dəfə baxılıb 29-06-2020, 12:31

“Süni tənəffüs aparatına ehtiyacı olan xəstələrin sayı artır” — Komitə sədrindən həyəcan təbili


“Son iki həftə ərzində Azərbaycanda koronavirusa yoluxanların sayı iki dəfə artıb”.
Oxu.az xəbərinə görə, bunu Milli Məclisin iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, yoluxma dinamikasının sürətlənməsi Azərbaycanın səhiyyə sistemini yükləyir.

Deputat qeyd edib ki, Azərbaycan xəstəxanalarında, bütövlükdə müalicə müssəsilərinin hamısında böyük gərginlik hiss olunur.
“Bu gün Azərbaycanda səhiyyə müəssisələrinə müraciət edən xəstələrin tam əksəriyyəti ağırlaşmış vəziyyətdə olur. Əvvəllər isə belə deyildi. Reanimasiyaya və süni tənəffüs aparatına ehtiyacı olan xəstələrin sayı artır”, - deyə Ə.Əmiraslanov əlavə edib.

Komitə sədri onu da bildirib ki, sosial şəbəkələrdə koronavirusla bağlı şayiə xarakterli məlumatlar yayılır, bu isə karantin rejiminin pozulmasına gətirib çıxarır:

“Hamı başa düşməlidir ki, biz epidemiya əleyhinə rejimə, karantin rejiminə əməl etməsək, virus hamımızı tutacaq. Qaydalara əməl olunmazsa, biz də süni tənəffüs aparatına qoşulan insanların yerində ola bilərik”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi