Absheron Media

Atəşkəs yenə pozuldu — 84 dəfə

Tarix:27-03-2018, 13:15
Baxış Sayı:81

Atəşkəs yenə pozuldu — 84 dəfə














Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 84 dəfə pozub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə və İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım və Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Yarımca, Ağdam rayonunun Nəmirli, Tağıbəyli, Baş Qərvənd, Cəvahirli, Abdinli, Qaraqaşlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

Toylara yenə icazə verilmədi — RƏSMİ QƏRAR
Toylara yenə icazə verilmədi — RƏSMİ QƏRAR
Azərbaycanda məhdudiyyətlər yumşaldılsa da karantin rejimi uzadıldı
Azərbaycanda məhdudiyyətlər yumşaldılsa da karantin rejimi uzadıldı
"Binə" və "Sədərək" ticarət mərkəzlərinin fəaliyyəti bərpa olunur — RƏSMİ
"Hansı rayonda koronavirus ocağı aşkarlansa, o rayonda karantin tətbiq edilə bilər" — RƏSMİ
Bu məkanlarda tibbi maskadan istifadə — MƏCBURİ OLDU
Bu məkanlarda tibbi maskadan istifadə — MƏCBURİ OLDU
“TariximİZ-Şərqin günəşi” onlayn forumu keçirildi
“TariximİZ-Şərqin günəşi” onlayn forumu keçirildi
Prezident fərman İMZALADI
Prezident fərman İMZALADI
Emin Həsənli: “Hər bir Azərbaycan vətəndaşı Ramil Səfərovu müdafiə etməlidir”
Emin Həsənli: “Hər bir Azərbaycan vətəndaşı Ramil Səfərovu müdafiə etməlidir”