xezerpress.az
xezerpress.az

“Beşiktaş” baş məşqçisiz qaldı

7 dəfə baxılıb 7-11-2019, 10:39

“Beşiktaş” baş məşqçisiz qaldı

Avropa Liqasının qrup mərhələsinin IV turunda “Braqa” ilə qarşılaşacaq “Beşiktaş” Portuqaliyaya baş məşqçisiz yollanıb.

Fanat.Az xəbər verir ki, “Qara Qartallar”ın çalışdırıcısı Abdullah Avcı səhhətində problem yarandığı üçün İstanbulda qalıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Açıqlamada bildirilir ki, Abdullah Avcı ağır qrip səbəbi ilə müalicəsini axsatmamaq üçün komandanın “Braqa” ilə səfər oyununa yollanan heyətində yer almayıb. Baş məşqçi müalicənin nəticəsindən asılı olaraq, həkimlər icazə verəcəyi halada sasah Portuqaliyaya yollanacaq.

Qeyd edək ki, sabah keçiriləcək “Braqa” – “Beşiktaş” matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi