xezerpress.az
xezerpress.az

APOEL rəsmiləri narahatdır - “Qarabağ”la oyuna maraq azdır

3 dəfə baxılıb 7-11-2019, 16:21

APOEL rəsmiləri narahatdır - “Qarabağ”la oyuna maraq azdır

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda baş tutacaq APOEL – “Qarabağ” matçına maraq aşağı səviyyədədir. “Qafqazinfo” balla.com-a istinadən xəbər verir ki, oyun üçün biletlərin satışı qənaətbəxş deyil.

Bildirilir ki, hər zaman azarkeşlərinə güvənən Nikosiya təmsilçisi bu durumdan məyus olub. Həmçinin qeyd olunub ki, həlledici görüşdə “GSP Arena”nın dolacağı ehtimal olunsa da, bu, baş verməyəcək. Matç Bakı vaxtı ilə saat 21:55-də başlanacaq. Oyun 1/16 finala vəsiqə baxımından hər iki komanda üçün böyük əhəmiyyət daşıyır.

Hazırda “Qarabağ” A qrupunda 4 xalla 2-ci, APOEL 1 xalla sonuncu pillədə qərarlaşıb. Nikosiyadakı "GSP Arena" 22 min 819 azarkeş tutumuna malikdir. APOEL də buna görə narahatdır. Klub rəsmiləri azarkeşlərin az maraq göstərməsinin onların əleyhinə işləyəcəyindən qorxur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi