xezerpress.az
xezerpress.az

Prezident İlham Əliyev 2019-cu il dövlət büdcəsini təsdiq etdi

51 dəfə baxılıb 23-12-2018, 13:12

Prezident İlham Əliyev 2019-cu il dövlət büdcəsini təsdiq etdi














Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında qanunu təsdiq edib.

Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin gəlirləri 23 168 000,0 min manat, xərcləri 25 190 000,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 22 429 234,0 min manat, yerli gəlirləri 738 766,0 min manat, mərkəzləşdirilmiş xərcləri 24 347 188,0 min manat, yerli xərcləri 842 812,0 min manat) məbləğində təsdiq edilib.

Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinə vergi daxilolmaları Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergi dərəcələrinə uyğun olaraq hesablanır.

Azərbaycanda istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixracla bağlı xərclər çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən dövlət büdcəsinə 30 faiz həcmində yığım tutulur və bu yığımlar vergiödəyicisinin vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə digər borclarının ödənilməsinə aid edilmir.

Azərbaycanın şəhər və rayonları üzrə gəlirlər 7.316.000.000,0 manat, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fonduna aid olan məbləğ 120.800.000,0 manat, yerli xərclər 842.812.000,0 manat, gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin məbləği 6.456.434.000,0 manat, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılması nəzərdə tutulan vəsaitin yuxarı həddi 104.046.000,0 manat məbləğində təsdiq edilib.

Dövlət büdcəsi kəsirinin yuxarı həddi 2 022 000,0 min manat məbləğində təsdiq edilib.

Azərbaycanın 2019-cu il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 27 155 796,1 min manat müəyyən edilib.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan, Azərbaycanın 2019-cu il icmal büdcəsi kəsirinin yuxarı həddinin məbləği 13 586 300,0 min manat məbləğində müəyyən edilib.

Bu qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.


OXŞAR XƏBƏRLƏR
FOTO+VİDEO
[/aviable]
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi