Absheron Media

Bu il Azərbaycanda avtobuslar istehsal ediləcək

Tarix:21-05-2020, 09:33
Baxış Sayı:10

Bu il Azərbaycanda avtobuslar istehsal ediləcək


Hacıqabul Sənaye Məhəlləsində avtobus və yük avtomobilləri istehsal edəcək zavodun inşası bitmək üzrədir.
Bunu “Report”a açıqlamasında “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib.

Onun sözlərinə görə, zavodda avadanlıqların quraşdırılması gözlənilirdi:

“Lakin bütün dünyada yayılmış koronavirus pandemiyasına görə avadanlıqların quraşdırılması təxirə salındı. İyunda avadanlıqların quraşdırılması ilə bağlı tarixlər dəqiqləşdiriləcək. Bu ilin sonuna qədər isə zavodda avtobusların ilk buraxılışı gözlənilir”.

Xatırladaq ki, 2019-cu il aprelin 19-da Hacıqabul Sənaye Məhəlləsində "Azərmaş Sənaye" MMC-nin avtobus və yük avtomobillərinin istehsalı zavodunun təməlqoyma mərasimi keçirilib. Bu layihədə 25%-i “Azərmaş”a, 75%-i isə “Kartal Az”a məxsusdur.

Layihənin ümumi dəyəri 10 milyon avro təşkil edir. Birinci mərhələdə 6 milyon avro, ikinci mərhələ üzrə isə 4 milyon avro yatırılması planlaşdırılır. Zavodda ilkin mərhələdə 500 ədəd, ikinci mərhələdə 1 000 ədəd avtobus və yük avtomobilləri istehsal olunacaq. Bir ədəd avtobusun qiyməti modelindən asılı olaraq 135-200 min avro, yük avtomobilinin qiyməti 70-90 min avro təşkil edəcək.

Vasif İsmayıl: “Toy və yas mərasimlərinə uzun müddət icazə verilməyəcək”
Vasif İsmayıl: “Toy və yas mərasimlərinə uzun müddət icazə verilməyəcək”
Azərbaycanda koronavirusla bağlı — Son statistika AÇIQLANDI
Azərbaycanda koronavirusla bağlı — Son statistika AÇIQLANDI
Hotel adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvaları-Video
Hotel adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvaları-Video
11 saylı cəzaçəkmə müəssisəsində nə baş verir? - İDDİA
11 saylı cəzaçəkmə müəssisəsində nə baş verir? - İDDİA
Jurnalistlərin binasında "Çin əməliyyatı" - Küllü miqdarda yeyinti aşkarlandı
Jurnalistlərin binasında
"DƏMİR-CƏNAB": Cavid Qurbanov... - Hardan haraya...
“Mars Overseas Baku”dan ÖZBAŞINALIQ - GİLEY
“Mars Overseas Baku”dan ÖZBAŞINALIQ - GİLEY
Bakı Baş Gömrük İdarəsində nə baş verir? - KƏNAN MƏMMƏDOV SAHİBKARLARI MÜFLİS EDİR
Bakı Baş Gömrük İdarəsində nə baş verir? - KƏNAN MƏMMƏDOV SAHİBKARLARI MÜFLİS EDİR