xezerpress.az
xezerpress.az

Suqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpasına başlanılıb - FOTO

19 dəfə baxılıb 22-10-2020, 13:17

Suqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpasına başlanılıb - FOTO


Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən, 3 oktyabr tarixində Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılıb.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Ümumi uzunluğu 29 km olan avtomobil yolları IV texniki dərəcəyə uyğun olaraq bərpa edilir. Hərəkət hissəsinin eni 6 metr, çiyinlərin eni isə hər bir istiqamət üzrə 2 metr olmaqla yol yatağının eni 10 metr təşkil edəcək.

Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları uzun müddət düşmən tapdağı altında olduğundan tamamilə sıradan çıxmış və dağılmışdır. Hazırda yol boyu yararsız qrunt qazılaraq çıxarılır, yararlı qruntla əks-dolğu işləri aparılır, torpaq yatağı bərpa olunur və yeni yol əsası inşa edilir.

Suqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpasına başlanılıb - FOTOSuqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpasına başlanılıb - FOTOSuqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpasına başlanılıb - FOTOSuqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpasına başlanılıb - FOTOSuqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpasına başlanılıb - FOTOSuqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpasına başlanılıb - FOTOSuqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpasına başlanılıb - FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi