xezerpress.az
xezerpress.az

Koronavirusun qida yolu ilə ötürülürmü? — Çinli ekspert danışdı

63 dəfə baxılıb 25-06-2020, 08:54

Koronavirusun qida yolu ilə ötürülürmü? — Çinli ekspert danışdı


Koronavirus qida yolu ilə ötürülmür.
Publika.az xəbər verir ki, bu barədə ÇXR Dövlət Səhiyyə Komitəsinin eksperti Li Fengqin danışıb. Onun sözlərinə görə, dünyada qida yolu ilə COVID-19 yoluxma hadisəsi aşkar edilməyib.

"Tədqiqatlar göstərir ki, qida məhsulları COVID-19-a yoluxa bilməz, ancaq çirkləndirə bilər. Qidanı çirkləndirməyin iki yolu var: virusun olduğu qablaşdırma yolu ilə və ya qidanı emal edən yoluxmuş şəxs tərəfindən" , - ekspert qeyd edib.
Xatırladaq ki, koronavirusun qida yolu ilə ötürülməsi ehtimalı ilə bağlı narahatlıqlar Pekinin böyük Sinfadi topdansatış bazarında yeni bir yoluxma hadisəsindən sonra meydana gəlib. Bazarda olan insanlar dərhal COVID-19 testindən keçirilib. 517 nəfərdən 45 nəfərin təhlili müsbət nəticələnib.

Pekində yeni bir alovlanma səbəbiylə idman tədbirləri yenidən qadağan edilib, turistlərin bölgəyə girişi müvəqqəti olaraq dayandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi