xezerpress.az
xezerpress.az

COVID-19 peyvəndinin təhlükəli nəticələri — AÇIQLANDI

47 dəfə baxılıb 29-06-2020, 08:51

COVID-19 peyvəndinin təhlükəli nəticələri — AÇIQLANDI


Rusiyalı tibb elmləri doktoru, professor Mixail Kostinov xəbərdarlıq edib ki, koronavirusa qarşı peyvənd testlərində iştirak edən şəxslər bir sıra təhlükəli simptomlardan ehtiyat etməlidirlər.
Bu barədə mütəxəssis “Sputnik” radiosuna danışıb.

Onun sözlərinə görə, orqanizmin peyvəndə mülayim reaksiya verməsi hərarətin 37,5 dərəcəyə, normal halda 38,5 dərəcəyə qədər artması deməkdir. Əgər temperatur yüksələrsə və 38,6 dərəcədən çox olarsa, bu, güclü reaksiya deməkdir.
O qeyd edib ki, hər hansı dərmanın sınağında güclü reaksiyalar minimal həddə - yüzdə, mində bir halda olmalıdır.

İnyeksiya zamanı diametri 8 sm-dən çox olmamaqla bəzi yerlərdə qızartılar görünə bilər. 5-6 sm-ə qədər qızartı mülayım reaksiya hesab edilir. Bu vəziyyətdə nə temperatur, nə də inyeksiyaya reaksiya iki gündən çox davam etməməlidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi