xezerpress.az
xezerpress.az

“WhatsApp” yazışmalarını “Telegram”a köçürmək üçün təlimatlar

218 820 dəfə baxılıb 30-01-2021, 11:21

“WhatsApp” yazışmalarını “Telegram”a köçürmək üçün təlimatlar


“Telegram” mesencerinə “WhatsApp” yazışmalarının köçürülməsi funksiyası əlavə olunub.
“Telegram”ın təsisçi Pavel Durov bildirib ki, bu funksiyanı əlavə etmək üçün onun komandasına cəmi iki həftə vaxt kifayət edib.

Durovun sözlərinə görə, indiyədək heç bir aplikasiyada belə funksiya olmayıb.

“Bəzi istifadəçilər “WhatsApp” yazışmalarını “Telegram”a köçürmək üçün yollar axtarırdılar. İki həftə öncə mən anladım ki, bunu reallaşdırmaq mümkündür. Dünən biz iOS və Android qurğuları üçün köçürmə funksiyasını əlavə etdik”, - deyə o, özünün “Telegram” səhifəsində yazıb.

Şəbəkə təsisçisi həmçinin yazışmaların köçürülməsi funksiyasının istifadə təlimatlarını da paylaşıb.

Qeyd edək ki, bütün köçürülən yazışmalar çatın sonuna əlavə olunur, lakin tarix və saat məlumatları olduğu kimi saxlanılır.

Hazırda Durov öz əməkdaşları ilə köçürülən yazışmaların qarışdırılması üzərində çalışır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi