xezerpress.az
xezerpress.az

“İntim həyatından bəhs edən “göbələk”lər harada yetişirlər?”

58 dəfə baxılıb 13-06-2019, 13:33

“İntim həyatından bəhs edən “göbələk”lər harada yetişirlər?”


Aktrisa Mehin Hümbətova şəhər restoranlarının birində qarşılaşdığı mənzərədən bəhs edib.

Minval.info xəbər verir ki, yan masada oturan kişilərin əxlaqsız söhbətləri aktrisanı özündən çıxarıb:

“Mərkəzdə yerləşən məşhur məkanların birində rəfiqəmlə oturmuşduq. Yan masada 4 “kişi” çox iyrənc mövzularda yüksək səslə qeybət edirdilər. İntim həyatlarından bəhs edirdilər. Sözün həqiqi mənasında gedən söhbətlərdən iyrəndim. Azərbaycan kişisi bu deyil axı. Bu nə cılızlaşmadır belə?! Yüksək səslə yaşadıqlarını fəxrlə danışmaq ən ucuz hərəkətdir.

Hələ görürsən ki, yan masada xanımlar oturub, mərifətin, qanacağın olsun, ay şəxsiyyətsiz. İlk dəfə idi belə söhbətlərin şahidi olurdum”.

Mehin qarşılaşdığı olaydan sonra məkanı tərk etdiyini deyib:

“Dərhal hesabı ödəyib, “kişicik”lərə çox mədəni formada sözümü dedim və məkandan çıxdım. Şokdan bir kəlmə belə deyə bilmədilər. Vallah, biz belə görməmişik. Bizim qeyrətli, ağzıbütöv, şəxsiyyətli, mərd oğullarımız var. Bəs bu “göbələk”lər harada yetişirlər belə?! Kaş, belələrini cəmiyyətdən silməyin bir yolu olardı. Kaş, kökləri kəsiləydi. Cəmiyyətə övlad bəxş edə bilməyəydilər. Bu millət yazıqdır”.


OXŞAR XƏBƏRLƏR
FOTO+VİDEO
[/aviable]
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi